Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qaradağ bölgəsi zəlzələdən 3 il sonra adi vəziyyətə dönməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qaradağ bölgəsi zəlzələdən 3 il sonra adi vəziyyətə dönməyib

Qaradağ bölgəsi zəlzələdən 3 il sonra adi vəziyyətə dönməyib


3 ildir Qaradağ bölgəsindən yardım çağırışları eşidilir, lakin onlar səslərinin duyulmadığı səbəbindən tədricən udunulur. Vəziyyəti tam başa düşmək üçün bölgəyə gedib və zəlzələdən 3 il sonra sığınacaq evləri müşahidə etmək yetərlidir.
2012-cü il avqustun 11-də (1391-ci il mordadın 21-də) mərkəzi Əhər, Heris və Vərziğan şəhərləri olmaqla Güney Azərbaycanın Qaradağ mahalında 6.4 bal gücündə dağıdıcı zəlzələ baş verdi. Dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız ölüb vəya yaralandı. İran rejiminin rəsmi açıqlamalarına görə isə, 306 nəfər ölüb və minlərlə insan yaralanıb.

Zəlzələ nəticəsində 150 min nəfərdən çox bölgə əhalisi bu təbii fəlakətdən dolayı ziyan çəkdi. Onminlərlə insan uzun müddət evsiz yaşamalı oldu.

Zəlzələ bir təbii fəlakət kimi çoxsaylı azərbaycanlının həyatına mənfi təsir etməklə yanaşı bir çox məsələləri də üzə çıxardı. Zəlzələ baş verdiyi zaman İran mətbuatı 2, 3 gün təxminən Zəlzələ barəsində heç bir məlumat yaymadılar vəya yaydıqları məlumatda da hadisəni kiçik göstərməyə çalışdılar. Telekanallar adi günlər kimi öz proqramlarını davam etdirdilər və ölkə rəhbərliyi o cümlədən dini lider Əli Xamneyi və ölkə prezidentinin başsağlığı mesajı günlərlə gecikdi. İranda rəsmi olaraq matəm elan olunmadı və bütün bunlarla yanaşı Zəlzələ baş verdiyindən 48 saat sonraya qədər dövlət tərəfindən zəlzələ bölgəsinə yardım olunmadı. Zəlzələdən zərərçəkənlərin əsas ehtiyacları dövlət tərəfindən təmin olunması və onlara verilən vədlər yerinə yetirilmədi. Hətta 3 il hadisənin üstündən keçsə də, hələ də verilən vədlərə əməl olunmayıb. Rejimin bu siyasəti dəfələrlə azərbaycanlı millət vəkilləri tərəfindən etirazla qarşılandı və dövlətin laqeyd münasibəti bir neçə dəfə rəsmi şəxslər tərəfindən etiraf edildi. Və bütün bunlar zəlzələnin ağır nəticələrini biraz da dərinləşdirdi. Bunlarla yanaşı təbii fəlakət Azərbaycan türk millətinin bir-birlərinə olan insani və milli münasibətlərini bir daha ortaya qoydu. Zəlzələ bölgəsinə Azərbaycanın müxtəlif şəhərlərindən külli miqdarda yardımlar edildi və bir çox soydaşımız təbii fəlakətdən ziyançəkənlərə yardım etmək məqsədi ilə bölgəyə getdilər. Nə qədər qəribə olsa da, zəlzələdən zərərçəkənlərə yardım etmək istəyən soydaşlarımız rejim tərəfindən təqib olundu və yaxalandılar.

Geri dön