Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > ERMƏNİLƏRİN 26 MİN KİTABINA CAVAB- “GƏLMƏLƏR”
ERMƏNİLƏRİN 26 MİN KİTABINA CAVAB- “GƏLMƏLƏR” |
Atamoğlan Məmmədli Bakı Dövlət Uinversitenin dosentidir. Çox maraqlı həmsöhbət, zəngin həyat təcrübəsi və dərin biliklərə malik bir insandır.
Mən bu gün fəxr edirəm ki, universitet auditoriyalarında Atamoğlan müəllim kimi qeyrətli vətən oğulları var. Mən həm də elə bir müəllimin tələbəsi olmadığım üçün təəssüf edirəm. O, həm də Qarabağ döyüşçüsüdür. BDU-nun 1700 nəfərlik müəllim heyətindən onu fərqləndirən cəhəti onun 1992-ci ildə auditoriyada mühazirəsini yarımçıq qoyaraq tələbələrlə sağollaşıb əlinə silah alaraq döyüşə getməsi olub. İndi isə Atamoğlan müəllimlə müsahibəmizin maraqlı olacağını nəzərə alıb diqqətinizə çatdırıram. - Atamoğlan müəllim, eşitdiyimizə görə, Ziya Bünyadovun «Atabəylər dövləti», 7 cildlik Azərbaycan tarixi, Heydər Əliyev Fondunun nəşr etdiyi «Genosid» kitabını və Sizin yazdığınız «Gəlmələr» kitabını Sarkisyan adlı bir erməni HAAQA Məhkəməsinə verməyə hazırlaşır. Onun bildirdiyinə görə, bu kitablarda ermənilər biabır edilib. Bununla əlaqədar nə deyə bilərsiniz? - Bəli, tamamilə doğrudur. Ermənilər hələ Qarabağ müharibəsinə başlamazdan öncə Azərbaycan əleyhinə 26 mindən çox kitab yazıb, müxtəlif dillərə tərcümə etdirərək dünyada yaymışdılar. Həmin kitablarda Azərbaycana böhtanlar yağdırılır, şər atılır, özlərinin törətdikləri soyqırımları Türklərin, Azərbaycanlıların üzərinə qoyurdular. Bu kitablarla dünyanın beynini qarışdırandan sonra zaman-zaman torpaq aldılar. Mən vətən qarşısında bir borc kimi ermənilərin 26 min kitabına cavab olaraq 578 xristian mənbələrindən istifadə edib «Gəlmələr» adlı bir kitab hazırlamışam. Düzdür, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu kitabı iki elmi dissertasiyaya bərabər tutur, amma mən bunu elmi ada görə yazmamışam. Kitabda bütün erməni mənbələrindən özlərinə qarşı istifadə edilib. Azərbaycanın mübarizəsi bu gün də davam edir. Biz tez-tez hərbi hissələrə gedirik. Eşitdiyimə görə, hərbi hissələrdə «Gəlmələr» kitabımı əsgərlər siyahı tutaraq növbə ilə oxuyurlar. Milli Təhlükəsizlik Nazirliyi həmin kitabın 3 dəfə qısaldılmış variantını rus dilində nəşr edib ki, rus nazirləri stolüstü kitab kimi vərəqləsinlər. Bu, onların həqiqi tarixlərini göstərir. Dünyada 4 mənbədə göstərilib ki, ən qədim pozğun peşənin sahibləri də məhz ermənilər olub. - 1990-cı il yanvar hadisələri yadınızda necə qalıb? - Azərbaycanın böyük gələçəyinə getmək üçün həmişə qurban tələb olunub. O yol hamar olmayıb. Bir ziyalı kimi üzərimə düşən nə varsa çalışıram yerinə yetirim. Bu gün şəhidlərimizin ruhu çox narahatdır, ona görə ki, biz işimizi tamamlamamışıq. Biz torpaqlarımızı geri qaytarmalıyıq. Bu da bizim mübarizəmizdən asılıdır. Bu gün yenə də müharibə söhbəti gündəmə gəlir. Yadımdadır ki, Bakının küçələrində 20 yanvar günü rus əsgərlərinin gözü qarşısında bir ağsaqqal əlini biləyə qədər cavan şəhidlərimizdən birinin göllənmiş qanına batıraraq sifətinə çəkmişdi. Yəni, bu qan yerdə qalmayacaq. Bir nəfər isə Şəkidə Bakıdakı qırğın haqqında xəbəri gecə eşidib səhəri gün Qorbaçovu televiziyada görərkən televizoru güllələmişdi. Televiziya partlamışdı. İnsanların əsəbləri son dərəcə tarıma çəkilmişdi. Millət və Vətən qeyrəti insanların əsəblərini tarıma çəkmişdi. - 1992-ci ildə 1700 müəllimin içərisindən əlinə silah alıb Qarabağa döyüşə gedən yeganə universitet müəllimi olmusunuz. Həmin hadisələri necə xatırlayırsınız? - 1992-ci ildə Azərbaycan yenicə müstəqillik əldə etmişdi, həmin dövrdə rəsmi məlumatlara görə Azərbaycanda 16 dövlətin kəşfiyyatı iş aparırdı. İndi bəzi ağzıgöyçəklər Qarabağ müharibəsi iştirakçılarına belə ifadə işlədirlər: «gedib vuruşmayaydın!». Haqlı olaraq bu sözdən Qarabağ müharibəsi veteranları inciyirlər. Bu, düşmən təbliğatıdır. Əgər indiki Qarabağ şəhidləri olmasaydı, indi bizim digər ərazilərimiz də düşmənlər tərəfindən tutulacaqdı. Mən 1992-ci ilin fevralında universitetdə mühazirəni yarımçıq qoyaraq könüllü batalyonunda Qarabağa döyüşə getdim. Biz desant kimi Qarabağa, Xocalıya töküldük. Müharibədə şahidi olduğum hadisələri «Mələklər ağlayan yerdə» adlı romanımda qələmə almışam. Yadımdadır ki, o vaxt bizim komandir batalyon qəmgin, fikirli gəldi və bildirdi ki, ermənilərin Yerevandan Stepanakertə göndərilən telefonaqrammı tutulub. Onlar göstərirdilər ki, iyulun 1-nə qədər Kür-Araz ovalığına çıxmalıdırlar. Artıq Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Tərtər, Bərdə, İmişli - hamısı gedəcəkdi, məhz indi Şəhidlər Xiyabanında yatan Qarabağ şəhidlərinin hesabına bu gün həmin torpaqlar Azərbaycanda qalıb. Biz Qarabağda meyitləri yığan iki nəfəri gördük. Biri “general Əlibəy” adlı, digəri isə ağ saçlı bir qız idi. Həmin cavan qızın saçları meyitləri görməkdən ağappaq olmuşdu. Ermənilərlə döyüşlər zamanı şəhid olan 950 nəfərin meyitini yığmışdılar. Ermənilər tərəfindən bizə qarşı 4 qüvvə vuruşub, Xocalı üzərinə də 4 qüvvə hücum edib. Ermənistan E\kspedisiya Korpusu, Dağlıq Qarabağ quldurları, Rusiyanın Birləşmiş Ordusu və Livandan, Suriyadan gətirilmiş muzdlu birləşmələr. Bu, qeyri-bərabər döyüşdə ermənistanın arxasında xristian dövlətləri durmuşdular və onlara maliyyə yardımı göstərirdilər. Biz əliyalın idik, təbliğat vasitələrimiz dəyox idi. Məsələn, erməni mənbələrində göstərilir ki, Meşəli kəndinin alınmasında erməni kəşfiyyatının deyil, məhz Azərbaycan televiziyasının böyük rolu olub. Meşəli kəndi çox gözəl kənddir. Ermənilər bilirdilər ki, həmin kəndləri bir-bir tutacaqlar. Onlar Azərbaycanın xəbərlər proqramına baxanda görüblər ki, 3-4 nəfər Meşəli sakinləri yan-yana durublar. Bir cavan oğlan, bir yaşlı qadın, əlində tüfəng olan bir kişi, yanlarında da bir uşaq. Həmin kişi dedi ki, biz heç kimdən qorxmuruq, kəndimizdə bir avtomat, iki qoşalülə, bir beşaçılan, bir tapança, bir az da patronumuz var. Dörd yerdə də səngər qurmuşuq. Bütün bunları da operator göstərdi. Stepanakertdə hücuma hazırlaşan qüvvə buna baxandan sonra hücuma keçib Meşəlini götürdülər. Azərbaycanın çox mərd, qorxmaz oğul və qızları var idi, indi də var. Lakin bu, mütəşəkkil deyildi. Vətənpərvərlik ayrı-ayrı şəxslərdə idi\, fərdlərdə idi. Bizim 20 yanvar şəhidlərimizin içərisində düşmənə qarşı o qəhrəman qızlar-oğlanlar durmasaydılar, bugünkü müstəqilliyimizi əldə edə bilməyəcəkdik. - Səhv etmirəmsə, Siz döyüşlərdə təsadüfən 1918-ci ildə erməni-müsəlman qırğını zamanı qazılan səngərdə olmusunuz... - Biz 1993-cü ildə müharibədə olarkən dağın başında üstünü ot basmış bir çalaya rast gəldik. Mən yerlilərdən soruşanda onlar dedilər ki, bu, 1918-ci ildə ermənilərlə vuruşarkən qazılmış səngərdir. Fikir verin, tarix təkrar olunur. - Atamoğlan müəllim, «Mələklər ağlayan yerdə» romanınızda Qarabağ döyüşləri zamanı gördüyünüz və Sizə nəql edilən Azərbaycan oğlan və qızlarının mərdliyindən söz açmısınız... - Biz Qarabağ döyüşlərində qəhrəmanlıqlar göstərən 4-5 nəfəri hələ də axtarırıq. Onlardan birini artıq tapmışıq, bu, Kəlbəcərdən Gülcahan adlı gəlin və onun körpəsidir. Kəlbəcərdə Başlıbel kəndində ermənilər hər iki tərəfdən gələndə Gülcahan qucağındakı körpəni daşın üstünə qoyub, ermənilər yaxınlaşdıqda özünü qayadan atır. Ermənilərin əlindən qaçan kəndlilər kənarda dayanıb bu mənzərəni müşahidə edirmişlər. Ermənilər uşağı götürüb gözlərinin bəbəyini siqaretlə dağlayıblar. Aldığımız məlumata görə, həmin uşaq sağdır, artıq 17-18 yaşı var, ermənilər onu öz gizli konslagerlərində (ölüm düşərgələrində) saxlayırlar, amma kordur. Bir hadisə erməni əsirliyindən qayıdıb gələn bir həkimin gözü qarşısında baş verib. Həmin həkimə ermənilər müddətli iynə vurduqları üçün əsirlikdən Azərbaycana qayıtdıqdan sonra qısa vaxt ərzində iflic oldu, yaddaşı pozuldu. Bu xəstəliyə düçar olmamışdan əvvəl mən onunla şəhərdə rastlaşdım və o mənə üç hadisə danışdı. Erməni komandiri həkimə Azərbaycan qızlarının qəhrəmanlığı barədə danışıbmış. Düşmən komandiri həkimə sual da verib. «Sizin içərinizdə bu qədər igid oğlan-qız olduğu halda torpaqları nəyə görə verdiniz? İndi isə erməni komandirin həkimə danışdığına diqqət yetirək. «Bir kəndi tutub camaatı yığdıq bir yerə. Onların arasında gözəl bir qız, ya gəlin var idi. Mən camaatın gözü qarşısında onun çiynindən tutub özümə tərəf sıxdım. O, üzünü o biri tərəfə çevirdi, fikirləşdim ki, məndən qorxur, lakin o, mənim üzümə tüpürdü. Mən onu itələdim, yerə yıxıldı və mən ona 30 güllə vurdum. Bütün gözəlliyi qana bələndi». Mən bu əhvalatı öz kitabımda qələmə almışam. «Mələklər ağlayan yerdə» adlı kitabımda mən göstərmişəm ki, əgər Allah istəsəydi, bu xanım ölməzdi. Mələklər onu qoruyardı. Amma onda Azərbaycanlı qızının bu qəhrəmanlıq salnaməsi də tarixə düşməzdi. Şəhidlər təkcə özləri üçün qəhrəmanlıq göstərmədilər. Onlar gənc nəslə nümunə oldular. Yenə erməni komandirin dediklərinə istinad edən həkim bildirib ki, bir təpəni ermənilər ala bilmirlərmiş. 123 əsgər qurban versələr də təpə çox möhkəm müdafiə edilirmiş. Erməni komandir komanda verib ki, azərbaycanlıları atışmaya təhrik edək, güllələləri qurtarsın, sonra həmin təpəni alaq. Beləliklə, səhəri gün günortaya yaxın bizim səgərlərin patronları bitdi. Erməni komandir ermənilərə əmr verib ki, gedin o təpəni alın, əsgərləri də əsir götürün, işgəncə ilə öldürək, hayfımızı alaq. Ermənilər təpəyə yaxınlaşdıqda oradan ayaq üstə güclə duran bir əsgər görüblər, qoltuğunda da pulemyot, üzündən, bədənində qan axır. Əsgər səngərdən çıxıb ermənilərin ona yaxınlaşmasını gözləyib, ermənilər ona yaxınlaşmağa qorxublar. Lakin onlar elə Azərbaycan əsgərinə tərəf bir-iki addım atıblarmış ki, əsgər əlindəki qumbara ilə özünü partlatdı. Ermənilər bu hadisədən sarsılıblar. Hətta erməni komandir əsgərlərinə deyib ki, bu əsgər bizə qalib gəldi. 123 nəfərimizi qırdı, axırda da ələ düşməmək üçün özünü partlatdı. Mən «Mələklər ağlayan yerdə» romanını yazarkən təsadüfən Şamaxıya getməli oldum. Meşədə oturub əsəri yazarkən bir ailə ilə rastlaşdım. Ağbirçək qadın mənimlə salamlaşdı. Sonra məlum oldu ki, bu qadın mənim tələbəmin valideynidir. Onlar məni çay süfrəsinə dəvət etdilər. Yazdığım əsərdəki həmin özünü partladan əsgərin əhvalatını danışarkən gördüm ki, kişi də ağlayır, qadın da. Sən demə, bu əsgər onların övladları imiş. Onlar onun şəhid olduğunu, lakin necə öldüyünü bilmirlərmiş. 16 ildən sonra bu hadisəni mən onlara danışdım. - Hazırda ermənistanda bizim heç bir tarixi abidəmiz qalmayıb. Ermənilər hamısını dağıdıblar.... - Ermənilər çox məkrlidirlər. Şəhərlərimizdəki qədim tarixi abidələrimizi söküb dağıdırlar, üzərindəki yazıları pozurlar. 100 il bundan əvvəl Qərbi Azərbaycanda bizim 118 məscidimiz olub. Bu gün İrəvan küçələrində cəmi bir məscid qalıb ki, onu da iranlılar bərpa ediblər, qalan 117 məsciddən əsər-əlamət qalmayıb. Bunu hamı bilməlidir ki, Kəlbəcərdə bizim 628 mineral bulağımız qalıb ki, həmin bulaqlardan 1 gündə 4 milyon litr mineral su Tərtər çayına axırdı. Aldığımız məlumatlara görə, ermənilər hazırda həmin bulaqlardan 3 adda su istehsal edirlər. Kəlbəcər alınandan 1 həftə sonra onlar həmin suyu istehsal edərək satmağa başlayıblar. Ən böyük qızıl mədənləri Kəlbəcərdədir. 3 qızıl mədənimiz işğal altındadır. Vecnəli və Zodda olan qızıl yataqlarında özüm olmuşam, hətta Kəlbəcər bizim əlimizdə olanda azərbaycanlılarla birlikdə ermənilər də həmin qızıl mədənlərində işləyirlərmiş. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə ermənilər bizim 30 tondan çox qızılımızı aparıblar. Qızılla birlikdə aparılan torpaqları isə qızıldan təmizləyəndən sonra yaponlara satırlar. Yaponiyada istixanalarda bitki əkmək üçün ermənilər Qarabağdan çıxarılan bizim torpaqlarımızdan istifadə edirlər. Yaponlar da bu torpaqların münbitliyinə məəttəl qalırlar. Bu gün bizim girovluqda 5 min nəfərə qədər vətəndaşımız var. MTN-dən aldığımız məlumata görə ermənistanın müxtəlif konslagerlərində həmin əsirlər saxlanılır. Qırmızı Aypara Cəmiyyətindən nümayəndələr ermənistana gedəndə onlar həmin əsirləri gizlədirlər. P.S. Müsahibəmizin sonunda Atamoğlan müəllim onu da xatırlatdı ki, bu gün Bakıda 3 mindən çox milyoner var. Onlar pullarını sağa-sola mənasız şeylərə xərcləməkdənsə, erməniləri işfa edən kitabların yazılmasına və çap olunub dünyada yayılmasına maliyyə ayırsalar daha yaxşı olar. Sevda ƏSGƏROVA “Millətçilik” qəzeti Geri dön |