Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölünün üzərindəki körpü ilə bağlı araşdırmalar aparılacaq
Urmu gölünün üzərindəki körpü ilə bağlı araşdırmalar aparılacaq |
Urmu gölü böhranı ilə bağlı müxtəlif layihələr və araşdırmalardan danışılır, ama heç biri əməli mərhələyə keçmir.
İran Ətraf-Mühitin Qorunması Təşkilatının rəisi Urmu gölünün vəziyyətindən danışarkən deyib: “Urmu Gölünü Canlandırma Mərkəzinə ayrılan büdcənin siyasi və iqtisadi işlərə xərclənməsi söhbəti doğru deyil. Ona görə ki, bütün büdcələrə diqqətlə nəzarət olunur və əgər bu barədə hərhansı bir raport olarsa, ona da baxılar.” Məsumə İbtikar sözlərinin davamında əlavə edib ki, “Urmu gölünün üzərindəki körpü ilə bağlı bir plan var idi. Hazırda o plan araşdırılır. Bu barədə Yol və Şəhərsalma naziri ilə də görüşlər keçirilib. Xoşbəxtlikdən nazir Urmu gölü üzərindəki körpü ilə bağlı ciddi araşdırmaların aparılmasını qəbul edib.” Xatırladaq ki, Urmu gölünün 95 faizi artıq quruyub. Rejimin yüksək rütbəli şəxslərinin davamlı olaraq dilə gətirdikləri plan və layihələrin əmələ keçməməməsi, insanlarda dövlətə olan etimadı aradan aparıb və etimadsızlıq atmosferi gün keçdikcə güclənir. Geri dön |