Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənc xanım güləşçilərimiz komanda hesabında dünya ikincisi oldular
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Gənc xanım güləşçilərimiz komanda hesabında dünya ikincisi oldular

Gənc xanım güləşçilərimiz komanda hesabında dünya ikincisi oldular


Gənc xanım güləşçilərimizdən ibarət yığma komandamız Braziliyada keçirilən dünya çempionatında ikinci yeri tutublar.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edir.

Üçüncü yarış günündə mübarizə aparan gənc qızlardan ibarət yığmamızın üzvləri Türkan Nəsirova (44 kq) və Leyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isə bürünc medala sahib olublar.

Yarışların dördüncü günündə 48, 55, 63 və 72 kq çəkidəki xanım güləşçilərimiz mübarizə aparıb. Güləşçilərimiz günü 2 gümüş medalla başa vurublar. 63 kq çəkidə yarışan Raqnetta Qurbanzadə mübarizəyə 1/4 finaldan başlayıb. Macarıstan və İsveçdən olan rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda Rusiya idmançısına uduzan Raqnetta gümüş medalla kifayətlənib.

72 kq-da mübarizə aparan Səbirə Əliyeva Ukrayna, Rusiya və Qazaxstandan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə gərgin keçən görüşdə uduzub və Dünya çempionatının gümüş medalına yiyələnib.

Beləliklə, gənclərin Dünya çempionatında qızların mübarizəsi başa çatıb. Ümumilikdə, 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan güləşçilərimiz komanda hesabında 47 xal toplayaraq Yaponiyadan (66 xal) sonra ikinci sırada qərarlaşıb. 47 xal toplamış Rusiya komandası isə, medalların əyarına görə üçüncü yeri tutub.

48 kq

1/8 final - Oksana Livaç (UKR) - Ayan Məmmədova 5:1

55 kq

1/16 final - Alyona Kolesnik - Julie Steffler (CAN) 4:0

1/8 final - Alyona Kolesnik - Nanami İrie (JPN) 4:10

Təsəlliverici görüş - Patrizia Liuzzi (İTA) - Alyona Kolesnik 6:5

63 kq

1/4 final - Raqnetta Qurbanzadə - Eliana Szabo (HUN) 5:1

1/2 final - Tereze Persson (SWE) - Raqnetta Qurbanzadə 2:4

FİNAL - Raqnetta Qurbanzadə - Lyubov Ovçarova (RUS) 0:10

72 kq

1/8 final - Anastasia Şutova (UKR) - Səbirə Əliyeva 0:7

1/4 final - Daria Şistrova (RUS) - Səbirə Əliyeva 6:10 (təmiz qələbə)

1/2 final - Səbirə Əliyeva - Gulmaral Yerkebayeva (KAZ) 8:5

FİNAL - Rino Obe (JPN) - Səbirə Əliyeva 12:4

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq) medal qazanıb. Yunan-Roma güləşçilərindən ibarət yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Geri dön