Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Çinin 80 minlik “kiber ordusu”
Çinin 80 minlik “kiber ordusu” |
İnternetin tanınmış istifadəçi şəbəkəsi Google kompaniyası Çindəki fəaliyyətinə son vermişdir. Bu xəbər KİV-lərdə müzakirə edildiyi vaxt Amerika Federal Tədqiqatlar Bürosunun (FTB) Çindəki «internet ordusu» barədə gizli hesabatdan çıxarışlar açıqlandı.
ABŞ-ın Daily Beast dərgisinin tanınmış araşdırmaçı jurnalisti Cerald Pozner bu məxfi hesabatı analiz etmişdir. FTB-nin məxfi hesabatında göstərilir ki, Çin 80 min virtual casusdan ibarət gizli ordu formalaşdırmışdır. Bu «ordu» ABŞ üçün kompüter terrorizmi planında böyük təhlükədir və həyati vacib olan infrastruktur obyektlərini məhv etməyə, bank işini və kommersiya əməliyyatlarını pozmağa, həmçinin hərbi və müdafiə strukturlarının gizli məlumat bazalarına daxil olmağa qadirdir. Artıq təkcə ötən il ərzində çinli «internet əsgərləri» ABŞ Müdafiə Nazirliyinin kompüterlərinə 90 min dəfə hücum edib. FTB-nin məlumatına görə, 2003-cü ildən etibarən Çinin hərbi strateqləri hərbçilər içərisində virtual casusluqla məşğul olmaq üçün 30 min nəfərə xüsusi təlim keçməyə başlamışlar. Bundan əlavə, özəl sektordan olan 150 min çinli komputer eksperti müşavir, təlimçi, proqramçı kimi layihəyə cəlb edilmişdi. Bu proqramın nəticəsində o dövrdən etibarən formalaşmış «internet ordu» Amerikanın hərbi, texniki sirrlərinin oğurlanması, hökumət və maliyyə strukturlarının fəaliyyətinə əngəl törətmək üçün effektli proqramların hazırlanması işini öz qarşısına məqsəd qoymuşdur. FTB-nin hesabatına görə, Çinin məqsədi 2020-ci il üçün dünyada ən güclü «virtual hərbi qüvvələrin» yaradılmasıdır. FTB-nin gizli məlumatlarına görə, çinli hakerlər yüksək peşəkarlıqla informasiya «minalarını» yerləşdirməyi bacarırlar. Bunun nəticəsində 2009-cu il ərzində ABŞ-ın müxtəlif iqtisadi sahələrinə (neft-qaz, bank, aerokosmik. telekommunikasiya) böyük zərər vurmuş problemlər yaranmışdır. FTB-nin gizli hesabatında göstərilir ki, Çinin müasir dövr üçün internet şəbəkəsində ən effektli silahı, Pentaqon strateqləri tərəfindən «titan yağışı» adlandırılmış proqramdır. Bu Çin internet proqramı dəqiqədə bir neçə min dəfə ABŞ-ın müdafiə və elmi tutumlu sənayesinin komputer şəbəkəsini skanerləşdirərək orada zəif yerləri axtarır. Adını gizli saxlamış FTB-nin bir analitiki ABŞ mətbuatına açıqlamsında bildirib ki, Çinin hərbi hakerləri 20 dəqiqədən çox olmayan müddət ərzində istədikləri komputer şəbəkəsinə daxil olub oradan bir ədəd belə «rəqəmli izlər» qoymadan çıxırlar. Əvvəllər hesab olunurdu ki, bunu yalnız ABŞ, İngiltərə, Rusiya və Fransa kimi ölkələrin dövlət tərəfindən himayə edilən hakerləri bacarırlar. FTB -nin hesablamasına görə, ABŞ komputer şəbəkəsinə Çin tərəfindən olan hücumlar ildən-ilə artmaqdadır. ABŞ-ın Müdafiə Nazirliyinin komputer şəbəkəsinə 2007-ci ildə 44 min, 2008-ci ildə 55 min, 2009-cu ildə isə 90 min çinlilərin haker hücumu olmuşdur. Mənbə bildirir: «Onlar bizi yoxlayırlar, bizim reaksiyamızı öyrənirlər və biz zəif yerlərimizi möhkəmləndirən kimi onlar analiz nəticəsində irəliyə daha bir addım atırlar». Çinli hakerlər kredit kartlarının nömrələri, bank hesabları və ya şəxsi məlumat ardınca ova çıxmamışlar. Onlara strateji məlumatlar lazımdır. FTB-nin hesabatının müəllifləri öz nəticələrində Ağ Evi və Pentaqonu ciddi xəbərdar etmişlər. Onların fikrincə, «çinli internet ordu»sunun həmlələri ABŞ hərbi kommunikasiyasının bütünlülklə skanerləşməsi kimi strateji planın tərkib hissəsidir. Onların əsas məqsədi ABŞ-ın agentliklərinin, ilk növbədə Milli Təhlükəsizlik Agentliyinin kəşfiyyat məlumatlarını yığmaq prinsipini dərk etmək və onları ələ keçirməkdir. Çinin İctimai Təhlükəsizlik Nazirliyi informasiya müharibəsi sahəsində minlərlə bölmələrə malikdir. Ölkə ərazisində 140 milyon internet istifadəçisinin qoşulduğu daxili traffik tamamilə bu nazirliyin nəzarəti altındadır. Məhz buna görə də, Google Çindəki fəaliyyətinə son qoymuşdur. Həftənin ikinci günü şirkətin mətbuat xidməti öz açıqlamasında bildirdi ki, gərgin iş nəticəsində şirkətin korporotiv infrastrukturuna qarşı yönəlmiş mürəkkəb və məqsədli hücumun qarşısı alınıb. İzlər isə Çinə aparır. Qoogle Çin hökumətini ittiham etmək üçün konkret əsasa malik deyil. Lakin o, bildirir ki, Çin hökuməti bu hücumların qarşısını almaq istəmir. Bir neçə il bundan əvvəl Mikrosoft kompaniyası Çində öz biznesini qurarkən özünün Office proqram təminatı paketinin özəl kodlarını Çin hökumətinə təqdim etmişdi. Amma Çinin dövlət planlaşdırması üzrə komissiyası Mikrosoft Windows əməliyyat sistemini Amerika hökumətinin kəşfiyyat məlumatları toplamaq üçün gizli aləti elan etdi. Mikrosofta təklif edildi ki, Windows proqramının lazımi yerlərinə Çinin öz kodlarını yerləşdirmək üçün çinli proqramçılar yetişdirməsə, o, Çində işləyə bilməyəcək. Gəliri əsas tutan Mikrosoft şirkəti bu şərtlə razılaşdı və xüsusi kodlardan baş çıxaran çinli proqramçıları yetişdirdi. Bunun nəticəsində Çinin hərbi kəşfiyyatı, hakerlərin jarqonuna uyğun «kilidaçan» əldə etdi. Artıq Çin mütəxəssisləri dünya səviyyəsində proqramların təməlində duran kodları yaratmaq qabiliyyətinə yiyələniblər. Bu kodların ilk sınağı ABŞ Dövlət Departamentinin, Ticarət Nazirliyinin, Hərbi Dəniz kollecinin və həmçinin, FTB-nin özünün komputer sistemlərinə hücumla başladı. Artıq çinli xakerlər yeni vasitələrə əl atırlar. Onlar dövlət kompüter şəbəkələrinə «informasiya minaları» («soxulcanlar») yerləşdirirlər. «Soxulcan»lar komputer şəbəkəsindəki məlumat axınında gizli faylları tapır və onları kopyalaşdıraraq Çindəki xüsusi kompüterlərə göndərir. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin 1,8 milyard dollar məbləğində olan komputer şəbəkəsini 2007-ci ildə sındıran çinli hakerlər məxfi Çin vebsaytına sayı bilinməyən informasiya ötürüblər. 2007-ci ildə eyni üsul ilə Pentaqon, 2009-cu ilin əvvəlində isə yenə də strateji dövlət idarələri bu tip hücumlara məruz qalıblar. ABŞ-ın və Avropanın internet şəbəkəsində fəaliyyətini Çin həmçinin incə üsullarla da aparır. Çox zaman çinli hakerlərin hücumunun böyük bir hissəsi dəf edilir. Belə bir təəssürat yaradılır ki, guya mövcud müdafiə möhkəmdir. Lakin bu çoxsaylı hücumların içərisində cəmi bir neçəsi plana uyğun öz məqsədinə çatır. Artıq ABŞ-ın dövlət orqanları Çinin Lenovo şirkətinin personal komputerlərini və digər Çin proqram təminatını almaqdan imtina etmişlər. FTB-nin məlumatına görə, Çin çoxlu iri beynəlxalq kompaniyalar üçün mikrosxemlər istehsal edir. İstisna deyil ki, bu mikrosxemlərə çinlilər tərəfindən yeridilmiş viruslar komputer şəbəkəyə daxil olan kimi canlanırlar. Nəticədə bu virusların yerləşdiyi hər bir kompüter Çindəki «virtual ordu» üçün tam şəffaf olur. Bu sahədə Çindən gələn təhlükə ABŞ istifadəçisini o qədər qorxudub ki, mikrosxemlər istehsalı üçün Çində zavod açmış ABŞ-ın «İntel» kimi komputer şirkətinin məhsulları ABŞ-ın özündə etimadsızlıq doğurur. FTB-nin xüsusi hesabatının müəllifləri qeyd edirlər ki, Çin ABŞ-a qarşı «assimetrik müharibə» strategiyasının tərkib hissəsi kimi özünün «kiber ordusu»nu nəzərdən keçirməkdədir. Buna görə də ABŞ virtual aləmdə Çini özünün ilk və ən böyük düşməni kimi qəbul etməlidir. Geri dön |