Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran Parlamentinin hökumətdən tələbi
İran Parlamentinin hökumətdən tələbi |
İranda 201 deputat: “Hökumət nüvə razılaşmasını layihə şəklində parlamentə təqdim etməlidir”
İran parlamentinin 201 deputatı avqustun 16-da birgə bəyanat yayaraq Vyandakı nüvə razılaşmasının ölkə parlamentində müzakirəyə çıxarılmasını və onun parlament tərəfindən qəbul edilməsini tələb edib. Bəyanatda deyilir ki, prezident Həsən Ruhani hökuməti ən qısa bir zamanda nüvə razılaşmasını bir layihə şəklində ölkə parlamentinə təqdim etməlidir: “Bu razılamanın ölkə parlamenti tərəfindən qəbul edilməsindən əvvəl və onun Konstitusiyaya Nəzarət Şurası tərəfhindən təsdiq edilməsindən öncə istər müvəqqəti, istərsə də daimi şəkildə icrası qanunsuz addım sayılır”. Avqustun 14-də Tehranın cümə namazına rəhbərlik edən Konstitusiyaya Nəzarət Şurasının rəhbəri axund Əhməd Cənnəti deyib ki, İranla 5+1 qrupu arasındakı razılaşma parlamentdə müzakirəyə çıxarılmalı, qanuna çevrilməsi üçün parlament tərəfindən qəbul edilməlidir: “Hazırda bu razılaşmanın ölkə parlamentində müzakirəyə çıxarılmasının vacib olub-olmaması məsələsi hüquqi baxımdan araşdırılmalıdır. Lakin şəxsən düşünürəm, bu elə bir razılaşmadır ki, parlament tərəfindən qəbul edilməlidir və bunun üçün hökumət layihə təqdim etməlidir”. Qeyd edək ki, İranda hakimiyyətdaxili bir sıra radikal üsulçular həmin razılaşmanın parlamentində baxılıb qəbul edilməsini istəsələr də, prezident Həsən Ruhani buna ehtiyac olmadığını bildirir və bu tələbə qarşı çıxır. Geri dön |