Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Türkiyədə nə baş verdi?
Türkiyədə nə baş verdi? |
Silahları ABŞ səfirliyi basdırıb?
Ötən ilin aprel ayında Türkiyənin Beykoz bölgəsinin ucqar Poyrazköy qəsəbəsinin yaxınlığındakı Keçilik meşəsində torpağa basdırılmış çoxlu sayda silah-sürsat aşkar edildi. Silah sürsatın aşkar edilməsi üçün qazıntılar aprelin 24-dən 28-dək davam etdi. AKP-yə bağlı KİV belə bir qara şivən qoparmışdı ki, bu gizli silah saxlanğacı ölkə boyu hərbi çevrilişə hazırlaşan Türk Silahlı Qüvvələrinə məxsusdur. Digər tərəfdən iqtidaryönlü qəzetlərin ortaya atdığı digər versiyaya görə, bu silah-sürsat “Ergenekon” şərti adı verilmiş türk millətçilərinin gizli arsenallarından biri idi. Məsələ ilə bağlı Eskişehir jandarma alay komandiri polkovnik Rəcəb Gençoğlu həbs edilərək istintaqa cəlb edildi. Amma bir qədər sonra o, məhkəmə tərəfindən sərbəst buraxıldı. AKP iqtidarına müxalifətçi olan Milliyətçi Hərəkat Partisi və CHP liderləri bu hadisəni AKP tərəfdaşları tərəfindən “Ergenekon” adlı qondarma cinayət işi üzrə həbs edilmiş millətpərvər insanlara və Türk Ordusuna qarşı planlı təxribat kimi qiymətləndirildi. Lakin bu həftə üzə çıxmış materiallar Poyrazköy hadisəsinə diqqəti bir daha artırdı. İşi araşdıran müstəntiqlər şübhəli qismində istintaqa cəlb edilmiş jandarma mayoru Çatan Günalın telefon danışıqlarında maraqlı bir fraqmenti üzə çıxarmışlar. Demə, Çatan Günal hələ aprelin 7-də belə bir xəbər almışdı ki, bölgədə ABŞ konsulluğuna məxsus bir minibus qeyd olunub. Bu maşın həmən ərazidə dövr etmiş, fotolar çəkmişdir. Çatan Günal isə, əraziyə yaxın hərbi hissənin yerləşməsinə görə həmin minibusla bir qədər maraqlanmış, lakin tezliklə ona marağı itmişdir. Digəl ki, ABŞ konsulluğunun dövlət nişanlı minibusunun qeydə alındığı həmən ərazidə 17 gün sonra gizli silah-sürsat tapılacaqdı. Aşkarlanmış bu fakt Türkiyə cəmiyyətində ciddi narahatlıq doğurmuşdur. Nə üçün heç bir təbii gözəlliyi ilə seçilməyən, hərbi əhəmiyyətli ərazidə ABŞ konsulluğunun minibusu dövr edib, fotoşəkillər çəkib? Bu minibus bu əraziyə daha əvvəl və sonralar, hətta gecə vaxtları gəlibmi? Nəyə görə ABŞ-a məxsus minibusdan sonra bu ərazidə silah-sürsat aşkar edilib? Nəyə görə bu minibusu vaxtilə aşkar etmiş türk jandarmaları istintaqa cəlb edildi? Onlar nəyəsə mane olmuş və ya nəyi isə aşkar etmişdilər? Bəlkə, “Ergenekon” işi və Türk Silahlı Qüvvələrinə qarşı kampaniya elə ABŞ-ın əmri və fəal iştirakı ilə AKP tərəfindən başladılıb? P.S. Aldığımız son məlumata görə, azadlığa buraxılmış Eskişehir jandarma alay komandiri polkovnik Rəcəb Gençoğlu yenə də həbs edilmişdir. “İkinci peyğəmbərin” zühuru, yoxsa Ərdoğan ruhi nasazdır? Fevralın 3-də MHP Qrup Başqanvəkilləri Oktay Vural ilə Məmməd Şandır, Məclisdə təşkil etdikləri mətbuat konfransında əvvəlki gün Məclisin Ümumi Qurulunda yaşananları qiymətləndirdilər. Şandır, Məclis Ümumi Qurulunda bir çox dəfə millət vəkilləri arasında mübahisələr yaşandığını, əvvəlki gün də belə bir mübahisə sonunda baş nazir köməkçisi Bülent Arıncın “yüksək bir səs tonuyla” iclası idarə edən Məclis Başqanvəkili Güldal Mumçunun otağına girdiyini söylədi. Arıncın Mumçuya "Sən necə idarə edirsən? Sərxoşa necə icazə verirsən?" deyərək təhqir etdiyini deyən Məmməd Şandır AKP-li Mustafa Elitaşın da Mumçunun üzərinə getdiyini və eyni sırada otaqda olan MHP-li katib üzv Murad Özkan tərəfindən onun özbaşnalığına maneə törədildiyini söylədi. MHP qrupuna hücum etdi Şandır, Ümumi Qurulda da AKP-li Bəkir Bozdağın ittiham edici ağır sözlər söylədiyini, 'kişilik-ürkəklik' və “çadra” mübahisələrinin təxribatçııqla yenidən gündəmə gətirildiyini ifadə edərək "Hörmətli Baş nazir də söz istədi. Tamamilə təhqir, cinayət təşkil edən sözlərlə MHP qrupuna hücum etdi. “Ədəbsiz, tərbiyəsiz” dedi. Baş nazir öz qrupunu MHP qrupunun üzərinə saldırdı. Hücumun məsulu AKP, təhrikçisi Baş nazirdir. 100-ə qədər AKP millət vəkili yerindən qalxaraq MHP qrupuna hücum etdilər" - deyə danışdı. Şandır, "Baş nazirin ruhi sağlamlığından narahatlıq edirik. Baş nazir bu ruh halıyla ölkənin gələcəyini təhlükəyə atır" dedi. "Arıncın etdiyi iş Məclis Başçısının otağını basmaqdır, o, cinayət törətmişdir" - deyə danışan Şandır, Baş nazir və Arınçı MHP qrupundan və Türk millətindən üzr istəməyə çağırdı. Peyğəmbər deyənlər təltif edildi MHP Qrup Başqanvəkili Oktay Vural isə, köhnə AKP el başçısı İsmayıl Haqqı Əsərin baş nazir Ərdoğana "ikinci peyğəmbər" ifadəsini işlətdiyinə görə Əsərin el başçılığından sonra el ümumi məclisi üzvlüyünə seçildiyini ifadə etdi. Vural yaltaqlığa görə Haqqı Əsəri vəzifə ilə təltif edən Ərdoğana bundan sonra kimə “Utanın!” deməyə nə cür cürət edəcəyini vurğuladı. Oktay Vural “Sən özünü nə sanırsan? Peyğəmbər əfəndimizə dil uzadanları təltif edirsən?Özünün “ikinci peyğəmbər” adlanmasından xoşhal olan Ərdoğana ruhi cəhətdən sağlam demək olarmı?” -deyə suallarını Ərdoğana ünvanladı. “Torbaçı” general AKP-nin qonağı 2003-cü ilin iyulun 4-də İraqın Quzeyindəki Süleymaniyyə şəhərində yerləşmiş Türk hərbçilərinin və türkmənlərin 11 nəfəri bu vilayətdə ABŞ hərbi komendantı Ray Odiernoya tabe amerikalı əsgərlər tərəfindən həbs edilmiş, başlarına torba keçirilərək Bağdada aparılıb 60 saat təqirlərə və işgəncələrə məruz qalmışlar. ABŞ generalı Oderno isə, Türkiyəni alçaltmış bu hərəkətini lazım gələrsə yenə təkrara eəcəyini bildirmişdir. Türkiyənin millətçi kəsimi Odiernonu “torbaçı” (çuvalçı) adlandırmışlar. Amma həftənin çərşənbə günü general Ray Odierno Anklarada AKP rəsmiləri tərəfindən çox isti qarşılanaraq İraqın quzeyindəki problemlərə həsr edilmiş iclasa qatılmışdır. Qeyd edək ki, ABŞ-ın bu “torbaçı” generalı həmçinin, İraqın quzeyində kürd ordusunun yaradılması ilə də məşğuldur (bax, ABŞ bölgədə kürd ordusunu yaradır” məqaləsi "Millətçilik" qəzeti 09 yanvar 2010-cu il ? 01(067) və ya bozgurd.com saytında). ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin türk xalqına məsləhəti “Yeni çağ” qəzetinin yazdığına görə, Ankarada səfir qılığında vəzifə yerinə yetirən CIA agenti Ceyms Jeffreyin, "Türkiyə dəyişmir. Ordunun iç siyasətdəki güclü nəzarətinə ehtiyac azaldı" sözlərinə CHP-dən sərt tənqidlər gəldi. CHP Manisa Millət vəkili Şahin Mengü, Jeffreyin şərhlərini həyasızlıq olaraq xarakterizə etdi. Mengü, bunları qeyd etdi: "Bir böyük elçinin Türkiyənin iç siyasətinə istiqamətli şərhi bütövlükdə səhv və diplomatik olaraq həyasızlığdır. Bu şərhlər həddini bilməzlikdir, o, sərhədi aşmışdır. Bu təbii k,i onların diplomatik nəzakətsizliyidir. Ancaq, mövcud iqtidar (yəni, AKP) belə zəmin yaradırsa zaman şərhlərin sərhəddi və dozası itər." CHP-dən olan keçmiş millət vəkili və təqaüdçü Səfir Qürur Öymen də, "Jeffrey bu şərhi öz başına deyil, təlimatlar istiqamətində etmişdir" dedi. Jeffreyin sözlərinə gərəyindən çox məna yüklənməməsi lazım olduğunu söyləyən Öymen, "ABŞ Türkiyənin müfəttişi deyil. " - dedi. Millətçilik qəzeti Geri dön |