Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Heyran gədiyi hansı vilayətə aiddir?!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Heyran gədiyi hansı vilayətə aiddir?!

Heyran gədiyi hansı vilayətə aiddir?!


Gilan vilayətinin yüksək rütbəli rəsmi şəxsləri və bəzi Ərdəbil məsulları “Heyran gədiyi” barədə azərbaycanlıların nigaranlığına səbəb olacaq açıqlamalar verirlər.

“Heyran gədiyi”ni Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə verilməsi prosesində Ərdəbilin İran parlamentindəki millət vəkili Kamaləddin Pirmüəzzinin də adı gündəmə gəlib.

Məlumata görə, “Heyran gədiyi”ndə torpaqların ələ keçirilməsi və quruculuq işlərinin aparılması məsələsi ilə bağlı korrupsiya ilə mübarizə mərkəzi tədbir keçirib. Prezident Həsən Ruhaninin müavinin ofisində keçirilən iclasda Ərdəbilin millət vəkili də iştirak edib.
Tədbirə qatılmasının səbəbini parlamentin Ətraf-Mühit Komisyonunda üzv olması ilə izah edən K.Pirmüəzzin “Heyran gədiyi”nin Gilan vilayətinə aid olduğunu bildirib.

Millət vəkili “Tabnak” saytının müxbiri ilə danışıqda bəyan edib ki, “Bu məntəqə Gilan vilayətinə aiddir və Astara bölgəsində yerləşir. Bu şəhərin həm məsulları və həm də millət vəkili “Heyran gədiyi”ndə quruculuq işlərinin aparılmasına şərait yaradır. Bu işin arxasında nə dayandığını bilmirik.”

Xatırladaq ki, son günlərdə Ərdəbil vilayətində yerləşən “Heyran gədiyi”nin Gilan vilayətinə ilhaq edilməsi məsələsi bir sıra rəsmilər tərəfindən dilə gətirilir. Bu məsələyə Ərdəbil və Astara əhalisi başda olmaqla bütün azərbaycanlı fəallar müxtəlif vasitələrlə kəskin etirazlarını bildiriblər. Son günlərdə Təbriz cavanları da yaydıqları Bəyanat vasitəsi ilə məsələyə öz sərt etirazlarını bildirdilər. Lakin bütün etirazlara rəğmən rejim məkrli planını irəli aparmaqda qərarlı görünür.

Geri dön