Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Respublikaçılar İranla aparılan nüvə danışıqlarıyla razılaşmır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Respublikaçılar İranla aparılan nüvə danışıqlarıyla razılaşmır

Respublikaçılar İranla aparılan nüvə danışıqlarıyla razılaşmır


ABŞ Konqresinin İranın nüvə proqramı haqda əldə olunan razılığa səsverməyə qoymasına bir ay vaxt qalmasına baxmayaraq prezident Barak Obamanın Respublikaçılardan razılığa dəstək ala biləcəyinə ümid qalmayıb.

Respublikaçı senator Ceff Fleyk bildirib ki, o, İranla danışıq prosesini dəstəkləsə də, yenə də əldə olunan razılığın əleyhinə səs verəcək.

“Ümid edirəm ki, İranın nüvə ambisiyaları 15 ildən sonra dəyişəcək. İranın regionda davranışının sabahdan dəyişəcəyinə, hərşeyi buraxacağına inanmıram” - deyə Ceff Fleyk bildirib.

Danışıqların iyul ayının ortalarında başa çatmasından sonra konqress 60 gün ərzində əldə olunan razılığın əleyhinə və ya lehinə qərar çıxarmalıdır. Əleyhinə səs verilsə, Konqress tərəfindən qoyulan sanksiyalar qaldırılmayacaq.

Nümayəndələr Palatası və Senatın İran və altı ölkə - Britaniya, Çin, Fransa, Rusiya, Almaniya və ABŞ arasında əldə olunmuş razılığın əleyhinə səs versə, cənab Obama veto səlahiyyətindən istifadə edəcəyinə söz verib.

Respublikaçıların dəstəyi olmasa, prezidentin vetonu Nümayəndələr Palatasından və Senatdan qoruması üçün Demokratların dəstəyinə ehtiyacı var.

Respublikaçılar Senatda 100 yerdən 54-nə sahibdirlər və vetoya yox deyə bilmələri üçün 13 Demokratı öz tərəfinə çəkməlidir. Ancaq senator Çak Sçumberdən başqa 20 Demokrat Senatda nüvə razılaşmasını dəstəkləyəcəklərini bildirib. Senat debatlara Konqresin sentryabrın 8-də ilk keçiriləcək ilk sessiyasında sonra başlayacaq.

Bu arada Nümayəndələr Palatasında Respublikaçılar 435 yerin 247-nə sahibdirlər. Onların 43 Demokratın dəstəklərinə ehtiyacı var. Nümayəndələr Palatasının 10 üzvü bildirib ki, onlar razılaşmanın əleyhinə səs verəcək və hələlik 46 Demokrat razılaşmanı dəstəkləyəcəklərini deyib.

İrana qarşı sanksiyaların tam ləğvi BMT nüvə agentliyinin İranın razılaşmaya əməl etdiyinə dair açıqlacağı bəyanatdan asılıdır.

Beynəlxalq Atom Enerji Agentliyinin İranla keçən ay əldə etdiyi razılığa əsasən dekabr ayına qədər araşdırmalar başa çatacaq. İran uzun müddətdir ki, nüvə proqramının dinc mahiyyət daşıdığını iddia edir.

Agentlik deyib ki, İran araşdırmalara aid bütün sənədləri təhvil verib.

Sənədlər arasında İranın əvvəllər nəyə görə nüvə silahı inkişaf etdirməyi dayandırmadığıyla bağlı məxfi açıqlama da var.

Beynəlxalq Atom Enerji Agentliyinin bu ilin sonunda yekun bəyanatı hazırlaması üçün Tehrandan oktyabr ayının 15-ə qədər daha çox məlumat təqdim etməsini tələb edə bilər.

Geri dön