Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından hərbi əməkdaşlıq tələb edir (video)
Fərəc Quliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından hərbi əməkdaşlıq tələb edir (video) |
Bu gün Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşü keçirilir.
Görüşün məqsədi Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatının müzakirəsi və təsdiq olunması, Türk Şurasının kanalının yaradılması ilə bağlı konsepsiya sənədinin, nazirlər tərəfindən imzalanacaq informasiya və media üzrə birgə Əməkdaşlıq Protokolunun, Türk Şurasının milli televiziya kanalları arasında Əməkdaşlıq Protokolunun və Türk Şurasının xəbər agentlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq olunmasından ibarətdir. Millət vəkili Fərəc Quliyevin sədrlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanadakı bugünkü toplantısını dəstəkləyən açıqlama verib. Açıqlamada bildirilir ki, “Milli Dirçəliş Hərəkatı Partiyası Türk Birliyi istiqamətində atılan hər bir addımı dəstəklədiyi kimi, “informasiya əsri” sayılan 21-ci əsrdə belə bir lahiyyənin həyata keçirilməsinin olduqca zəruri və vacib olması qənaətindədir. Bu səbəbdən də MDHP Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işinə uğurlar arzulayır.” Açıqlamada bildirilir ki, partiya eyni zamanda əməkdaşlığın hərbi-siyasi müstəvidə inkişafında maraqlıdır: “MDHP bununla yanaşı Türk ölkələri arasında əməkdaşlığın geniş hərbi-siyasi müstəvidə inkişafında maraqlıdır. MDHP-nin hakimiyyət platformasında yer almış bu kurs, partiya sədri, millət vəkili Fərəc Quliyev tərəfində təşəbbüs kimi irəli sürülmüş, 2012-ci ildə Milli Məclisdə təklif kimi səsləndirilmişdir.” Qeyd edək ki, Milli Məclisdə 22.05.2012-ci tarixli çıxışı zamanı millət vəkili Fərəc Quliyev hərbi əməkdaşlıqla bağlı təklif etmişdir ki, “Biz artıq “Türk Cümhuriyyətləri Asayişi Birgə Mühafizə Qüvvələri”nin yaradılmasını da yubanmadan gündəliyə gətirməliyik.” Bu təklifini Fərəc Quliyev belə izah etmişdi: "Niyə biz ortaq hərbi birlik yaradaraq PKK-ya qarşı mübarizə aparmırıq? Türk ordusunun bu mübarizədə kifayyət qədər gücü var, ancaq bizim köməyimiz ortaqlığımızı daha da gücləndirəcək. Əgər bir gün Qarabağ müharibəsi başlasa, türk əsgərləri də orda iştirak edə bilərlər. Bu birliyi daha sonra inkişaf etdirərək bloka çevirə bilərik”. Həmin çıxışında MDHP sədri Azərbaycanın hərbi-siyasi müstəvidə Türkiyə və digər türk respublikaları ilə birlikdə ortaq Avrasiya bloku yarada biləcəyini vurğulamışdı. Fərəc Quliyevin bu təklifi Türkiyə Respublikasında rəğbətlə qarşılanmış və mediada geniş işıqlandırılmışdı. tıklayın Geri dön |