Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ruhaninin köməkçisi sünnilərə məxsus məscidin dağıdılmasına münasibət bildirib
Ruhaninin köməkçisi sünnilərə məxsus məscidin dağıdılmasına münasibət bildirib |
İran prezidentinin milli və dini azlıqların işi üzrə özəl köməkçisi axund Əli Yunisi avqustun 18-də Xorasan və Sistan-Bəlucistan əyalətlərinin bir qrup sünni məzhəbli ruhaniləri və ziyalıları ilə görüşərək üç həftə əvvəl onlara məxsus namazxananın Tehranda dağıdılmasından narahatlığını bəyan edib.
Üç həftə əvvəl paytaxt Tehranda ölkənin sünni vətəndaşlarına məxsus namazxananın özbaşına şəkildə dağıdılmasından təəssüfləndiyini bildirən axund Yunisi deyib ki, o, ölkə rəsmilərinin məsələ ilə maraqlanacağına, problemin həllinə çalışacaqlarına ümidvardır: “Təəssüflər olsun ki, həm şiə, həm də sünnilərdən olan bəzi radikal və ifratçı şəxslər sünni vətəndaşların ibtidai hüquqlarından olan bu məsələni siyasiləşdirməyə çalışırlar. Elə buna görə də hesab edirəm ki, sünnilər ayıq-sayıq olmalı, öz dini tələblərinin siyasiləşdirilməsinə imkan verməməlidirlər. Güman edirəm ki, biz yaranmış problemlə bağlı oturub bəyanat yaymaq və ya çıxış etmək əvəzinə onun həllinə çalışmalıyıq”. Qeyd edək ki, İyulun 29-da Tehranın “Punək” məntəqəsində sünni məzhəbli vətəndaşlara məxsus namazxanaya hücum edilib. Tehran meriyası, polis və İran təhlükəsizlik qüvvələrinin keçirdiyi birgə əməliyyatda sünnilərin paytaxtda məscidi əvəz edən və yeganə ibadət yeri olan “Punək” namazxanası tamamilə dağıdılıb. Hökumət qüvvələri namazxananı dağıtdıqdan sonra onun camaat namazının rəhbəri Mövləvi Übeydullah Musazadənin evində axtarış apararaq onun mobil telefonunu əlindən alıb, özünə qarşı kobudluq nümayiş etdiriblər. Namazxanın dağıdılmasından az sonra İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərinin cümə namazının rəhbəri Mövləvi Əbdülhəmid İranın dini lideri Əli Xamneyiyə və prezident Həsən Ruhaniyə ayrı-ayrılıqda məktub yazaraq baş vermiş olaya etiraz bildirib. Qeyd edək ki, İran əhalisinin 25 milyona yaxını sünni olsa da, onların paytaxt Tehranda özlərinə məxsus bir dənə də olsun məscidi yoxdur. İranın dini lideri və ölkənin digər rəsmiləri vaxtaşırı rəsmi tribunalarda şiə-sünni arasındakı “qardaşlıq”dan və “bərabərlik”dən danışsalar da, Tehranda sünnilərin öz məscidlərini tikməsinə və orada öz məzhəblərinə uyğun ibadətlə məşğul olmasına icazə verilmir. Geri dön |