Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Onkologiya Mərkəzində Qazaxstan onkoloqları ixtisas artırma kursları keçirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Azərbaycan Milli Onkologiya Mərkəzində Qazaxstan onkoloqları ixtisas artırma kursları keçirlər

Azərbaycan Milli Onkologiya Mərkəzində Qazaxstan onkoloqları ixtisas artırma kursları keçirlər


“Bədxassəli şişlərdə şüa müalicəsinin Avropa və ABŞ standartlarına uyğun müasir metodlarla aparılması” mövzusunda Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) mütə­xəs­sis­ləri tərəfindən Qazaxstan onkoloqlarına treyninq kurslar keçiri­lir. Bu barədə bizə MOM şüa müalicəsi şöbəsinin rəhbəri, t.e.d., prof. İsa İsayev məlumat verdi. İ.İsayev bildirdi ki, MOM-un baş direktoru akademik Cəmil Əliyevin səyi nəticəsində klinika artıq dünya miqya­sın­da tanınmış və nüfuzlu onkoloji mərkəzə çevrilmişdir:”Məhz bu səbəbdən kadrların hazır­lanması işində mərkəzin əməkdaşlarına böyük etimad göstərilir. Bunu təsdiq edən faktlardan biri məhz Azərbaycan MOM-də Qazaxstandan olan radiote­ra­pevt, tibbi fizik, laborant-texniklərin kurs keçmələridir. Professor əlavə etdi ki, Qzaxstanın Semey və Aktobe şəhərlərinin onkoloji klinikalarının radiotarepevtləri, tibbi fizik və texnikləri üçün həyata keçirilən treyninqlər bu ilin 17 avqustdan başlamış və 9 oktyabra qədər davam edəcəkdir. Kurslarda 8 həkim-radioterapevt, 8 tibbi fizik, 8 isə iştirak edir. ABŞ-ın məşhur Varian Medical Systems şirkəti MOM ən müasir tex­­ni­ki avadanlıqlar və kadr potensialı ilə təmin olunduğunu, mərkəzdə onkoloji xəstələrə tibbi yar­dımın ən müasir standartlara cavab verən səviyyədə apaılmasını əsas götürərək Qazaxstanlı tibb işçilərinə bu kurs­la­rın məhz Bakıda, Azərbaycan MOM şüa müalicəsi şöbəsində aparılma­sı­nı məsləhət görmüşdür.”

Geri dön