Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik, Bildiriş > Tərcümə Mərkəzi qeyri-rezidentlər üçün dil kurslarına qəbul elan edir
Tərcümə Mərkəzi qeyri-rezidentlər üçün dil kurslarına qəbul elan edir |
Tərcümə Mərkəzi növbəti mövsümdə qeyri-rezidentlər (Azərbaycanda yaşayan xarici vətəndaşlar) üçün dil kurslarına qəbul elan edir.
Mərkəzdən verilən məlumata görə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi qeyri-rezidentlərin (Azərbaycanda yaşayan xarici vətəndaşların) Azərbaycan dilini düzgün və daha rahat şəkildə mənimsəmələri məqsədilə dil kurslarına qəbul elan edir. Kursun aidiyyatlı qrupu qismində xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi əsilli şəxslər nəzərdə tutulur. Kurslar interaktiv və praktiki formatda təşkil edilir. Dərslər, əsasən, şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir. Kursların başlanğıc tarixi: – sentyabr 2015 Müddəti: – 5 ay Məşğələlərin sayı: – Həftədə 2 dəfə Dərs müddəti: 1,5 saat Kursların keçirildiyi ünvan: Tərcümə Mərkəzinin inzibati binasi (Əlimərdan Topçubaşov küçəsi, 74.) Kursların aylıq ödənişi: 100 AZN Kurslara qeydiyyata düşmək üçün sənədlər aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir. Kurslara qeydiyyat üçün lazım olan sənədlər: 1) Şəxsiyyət vəsiqəsinin surəti 2) 2 ədəd fotoşəkil 3) CV Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74. E-mail: idk@aztc.gov.az Əlaqə telefonu: (+994 12) 595-10-69 Geri dön |