Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Heyran gədiyi üzərində qara bulutlar: Yerli məsullar mövqeyini dəyişir!
Heyran gədiyi üzərində qara bulutlar: Yerli məsullar mövqeyini dəyişir! |
İran rejimi tərəfindən “Heyran gədiyi”ni Ərdəbil vilayətindən ayırılıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi bir çox azərbaycanlı kimi, bəzi yerli məsulların da etirazına səbəb olmuşdur. Lakin zaman keçdikcə yerli məsulların gizli qüvvələrin təzyiqinə tab gətirmədiyi üzə çıxır.
Xəbər verdiyimiz kimi, bu barədə Ərdəbilin İran parlamentindəki millət vəkili “Fars” xəbər agentliyinə danışıb. Son günlərdə yayılan məlumatda Mustafa Əfzəlifərd Astaranın icra başçısının (fərmandar) “Heyran gədiyi” ilə bağlı iddiasına belə cavab verib: “Astara icra başçısının ölçüsüz sözləri gedişata mənfi təsir edib və əhali arasında həyəcana səbəb olub. Bu, ilin –yekdillik və şəfqət- şüarına təmami ilə ziddir və ixtilaf üçün zəmin yaradır.” Millət vəkili əlavə edib ki,“mən bu barədə daxili işlər nazirinə olan sualımı parlamentin idarə heyətinə təqdim edirəm. Nə üçün nazirlik ona tabe olan orqanlara düzgün nəzarət etmir?!” Ərdəbil, Nir, Nəmin və Səreynin millət vəkili sözlərini belə davam etdirib: “Astaranın bir sıra yerli məsulları ölçüsüz və əsassız açıqlamalar veriblər, lakin mən onlara cavab verməyi lazım görmürəm. Ona görə ki, onlar öz təbliğ işlərini gördülər və mənim dediyim sözlərlə onların verdiyi cavabların bir-biri ilə əlaqəsi yoxdur.” Ərdəbilin millət vəkilinin bu sözlərinə Gilan məsulları sərt reaksiya verdi. Bundan sonra Mustafa Əfzəlifərdın öz mövqeyindən geri çəkildiyi müşahidə olunub. O, son olaraq bunları deyib: “Mən heç bir çıxışımda Gilan və Ərdəbil vilayətləri ilə bağlı ölkə bölgüsü məsələsinə toxunmamışam. Bu barədə onların (Gilan məsulları nəzərdə tutulur) məsələni bilmədən dilə gətirdikləri sözlər, ölkü bölgüsü ilə bağlıdır. Bu çox təəssüf yaradan bir haldır və mənim sözlərim sadəcə Şəhərsalma və Yol Nazirliyinin nəzarəti ilə iki vilayətin gədiklər və keçilməz möqtələrlə bağlı razılaşmasına aiddir. Bu razılaşma uzun illərdir təbii fəlakətlər və yol qəzalarının qarşısını almaq üçün nəzərdə tutulub və əhalinin rifahı məqsədini güdür. Bu xidmətlərdən hər iki vilayətin əhalisi bəhrələnir.” Mövzu ilə bağlı Ərdəbil vilayəti prokurorunun da mövqeyi düşündürücüdür. Nasir Ətəbati, “Heyran gədiyi”ndə villa tikmə və quruculuq işlərinin aparılması ilə bağlı jurnalistin sualına belə cavab verib: “Heyran gədiyi”ndə qanunsuz ev tikmə və quruculuq işlərinin aparılması Ərdəbil vilayətinə aidiyyatı yoxdur. Ona görə ki, biz başqa vilayətlərin hövzəsinə daxil olmaq səlahiyyətinə malik deyilik.” Xəbər verdiyimiz kimi, bundan öncə Ərdəbilin digər millət vəkili Kamaləddin Pirmüəzzin və vilayətin valisi Məcid Xudabəxş oxşar mövqelərlə çıxış edib və “Heyran gədiyi”nin Gilan vilayətinə aid olmasını dilə gətiriblər. Xatırladaq ki, Güney azərbaycanlılar son illərdə doğma ərazilərinin digər vilayətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olub. Son vaxtlar isə “Heyran gədiyi”ni Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi gündəmə gəlib və bu məsələ azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəallarının kəskin etirazına səbəb olub. Geri dön |