Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: - Antiterror əməliyyatı keçirilməli və Ermənistanda saxlanılan girovlarımız azad edilməlidir
Fərəc Quliyev: - Antiterror əməliyyatı keçirilməli və Ermənistanda saxlanılan girovlarımız azad edilməlidir |
Ötən ilin iyul ayında öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyev hələ də erməni işğalçılarının əlindədir. Tək günahı 21 ilin Vətən həsrətini içlərində boğa bilməməkləri olan bu azərbaycanlılar "casusluqda” ittiham edilərək, bir neçə ay bundan əvvəl onlara qarşı qondarma ölkədə saxta məhkəmə düzənləndi və "məhkəmə”nin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verildi. Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi. Qeyd edək ki, iki azərbaycanlı öz ərazilərində qanunsuz tutulub. Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. İlk vaxtlarda bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılanda, beynəlxalq təşkilatlar məlumatlandırılanda, girovları geri qaytarmaq kimi fikirlər çox səsləndi. Bu istiqamətdə də müvafiq addımlar atıldı. Həm dövlət, həm də ictimaiyyət səviyyəsində. Nəticə isə göz önündədir. Bu arada bildirək ki, D.Əsgərov yaxınlarına məktub göndərib. Məktubda D.Əsgərov yaxınlarını hazırda olduğu vəziyyətdən xəbərdar edir. Ailələri isə girovların vəziyyətindən narahatdır. Onlara işgəncə verildiyi qənaəti yaranıb.
Əslən Xankəndindən olan sabiq millət vəkili Həvva Məmmədova isə "Şərq”ə açıqlamasında söyləyib ki, Ş.Quliyevlə D.Əsgərovun girovluq məsələsi hər zaman Azərbaycan ictimaiyyətinin və dövlətinin diqqətindədir. Bu məsələ heç vaxt gündəmdən düşməyib, onlar girovluqdan azad olunana qədər də bizim üçün prioritet məsələlərdən biri olacaq: "Öz doğma torpaqlarına, valideynlərinin qəbrini ziyarət etməyə gedən iki günahsız insanın girov götürülməsi və haqlarında ədalətsiz məhkəmə qərarının çıxarılması yolverilməzdir. Onların əlində nə silah tutulub, nə də səfərlərində kəşfiyyat xarakterli faktlar əldə olunub. Onların həbsinin heç bir hüquqi əsası yoxdur. Şahbaz və Dilqəm 20-25 ildən artıq doğmalarının qəbirlərini ziyarət edə bilməyib. Axı, onların nə günahı var? Əzəldən Azərbaycan torpağı olan yerlərə gediblər. Hesab edirəm ki, dünya ictimaiyyəti bu iki şəxsin həbsi ilə bağlı öz sözünü deməlidir. Dağlıq Qarabağ dünyada tanınmamış qurumdur və onların məhkəməsi də qondarmadır. Onların çıxartdığı qərarları da beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tanımayacaq. Bunun üçün də dövlət və ölkə ziyalıları əlindən gələni edirlər. Biz əlimizdən gəldiyi qədər bu məsələni Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qarşısında qaldırır, ədalətin bərpasını tələb edirik. Amma bir məsələ var ki, Ermənistan yalnız azərbaycanlılara qarşı deyil, öz vətəndaşlarına qarşı da amansız münasibət sərgiləyir. Əsgər anaları ayağa qalxıb, əsgər ölümlərinə etiraz edir. Kasıb ailələrin övladları hərbi xidmətə cəlb olunaraq, ölümə göndərilir. Belə bir rejimdən girovlarla bağlı ədalətli qərar gözləmək ən azı sadəlövhlük olar. Odur ki, biz öz üzərimizə düşən vəzifəni yerinə yetirməli, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara durmadan müraciət edib, onların başına açılan oyunları gündəmdə saxlamalıyıq. Ermənistan heç vaxt məkrli niyyətlərindən əl çəkməyəcək. Ermənistan cəzasız qalan dövlətdir. Bu ölkəyə heç BMT-nin 4 qətnaməsi ilə də təsir etmək mümkün olmur. Ona görə də cəzasız qalan Ermənistan dünya üçün problemə çevrilir. Əgər bu gün 2 azərbaycanlı girov götürülübsə, vaxt gələcək başqa ölkələrə də qarşı münasibətləri pisləşəcək. Beynəlxalq təşkilatların ermənilərə qarşı sanksiyalar tətbiq etməsinin vaxtı çoxdan keçib. Hesab edirəm ki, Avropa Məhkəməsi girovlar məsələsinə baxmalı və tezliklə doğru cavab verməlidir”. Girov götürülən azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğuna diqqət çəkən sabiq millət vəkili Rusiyanın bu məsələyə biganəliyindən, öz vətəndaşlarına laqeydliyindən də gileylənib: "Təəssüf doğurucudur ki, girovlardan birinin Rusiya vətəndaşı olmasına baxmayaraq, həmin ölkənin məsələyə müdaxiləsini görməmişik. Rusiya öz vətəndaşının hüququnu Ermənistanda qoruya bilməyib. Biz ölkəmiz, həm də dünyada yaşayan azərbaycanlılar adından davamlı şəkildə müraciətlər etməliyik”. Milli Məclisin deputatı Fərəc Quliyev vurğulayıb ki, soydaşlarımızın girovluqda saxlanılması məsələsinə dünya dinc və susqun qalmalı deyil. Antiterror əməliyyatı keçirilməli və Ermənistanda saxlanılan girovlarımız azad edilməlidir: "Həmvətənlərimizi erməni silahlı bölmələri əsir götürüb, buna Beynəlxalq təşkilatlar biganə qala bilməz. Orada qurulan qondarma məhkəmə də iki amilə xidmət edir. Birincisi, dünyaya mesaj vermək istəyirlər ki, guya orada ədalət məhkəməsi var və hər şey qanunla həll olunur. İkincisi isə dövlət atributu kimi məhkəmə prosesini önə çəkirlər ki, özlərini bizə dövlət kimi tanıtsınlar. Girovlarımızı azad etmək üçün hərbi gücdən belə istifadə olunmalıdır”. Ayyət Əhməd Geri dön |