Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


Təbrizdə daha bir milli hərəkat fəalı Yunis Zareiyun həbs olundu

Güney Azərbaycan Xəbərləri




milli fəal və Arman dərnəyinin keçmiş katibi Yunus bəy Zareiyyun Yanvar ayının 25-ində İttilaat məmurları tərəfindən Təbrizdə tutuqlandı. Yunus bəyin harada saxlanıldığı və durumu ilə bağlı heç bir bilgi əldə yoxdur. Son günlərdə Azərbaycanın bir çox şəhərində geniş olaraq tutuqlamalar olmuşdur. Tutuqlananların durumundan heç bir xəbər yoxdur.


Traxtur 1-Şəhrdari 0; “Traxtur” cədvəlin birinci yerinə yüksəldi

Güney Azərbaycan Xəbərləri




Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur”la qardaş takım (tim) “Şəhrdari” arasında keçirilən müsabiqə bu dəqiqələrdə sona çatdı.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 22-ci həftəsində keçirilən müsabiqədə “Traxtur” tərəfindən 1 qol vuruldu. Qol Fərzad Hatəmi tərəfindən 39-cu dəqiqədə vuruldu.
Bununlada müsabiqə (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

Qeyd edək ki, “Traxtur” bu qələbədən sonra 42 imtiyazlı oldu və yerli vaxtla saat 18:00-da başlayacaq “İstiqlal-Fulad” müsabiqəsinə qədər cədvəlin birinci yerinə yüksəldi. Ümid edirik ki, artıq “Traxtur” birinci yeri qoruyub saxlayacaq.

Xatırladaq ki, futbol sevər azərbaycanlılar qardaş takımlar arasında keçirilən müsabiqədə, qələbənin olduğu ancaq məğlubiyyətin olmadığını düşünürlər. Qalib gələn Azərbaycan futbolu oldu.


Mirhüseyn Musəvinin tərəfdarlarından olan gənc siyasi fəal Yasər Yusifzadə tutulub

Güney Azərbaycan Xəbərləri



İran müxalifətinin 10 aydan çoxdur həbsdə saxlanan lideri Mirhüseyn Musəvinin tərəfdarlarından olan gənc siyasi fəal Yasər Yusifzadə tutulub.

Yasər Yusifzadə 2009-cu ildə prezident seçkisi zamanı Mirhüseyn Musəvinin seçki qərargahının üzvü olub.ETTELAAT-ın Babülsər şöbəsinin əməkdaşları Yasər Yusifzadəni yanvarın 23-də atasının mənzilində tutub aparıblar. ETTELAAT əməkdaşları Yasəri apararkən oğlunun tutulmasına etiraz bildirən atasını döyüb təhqir ediblər. ETTELAAT əməkdaşları daha sonra atasının təhqir olunmasına etiraz bildirən Yasəri valideynlərinin gözü qarşısında təpik altına salıb, döyə-döyə əllərinə qandal vurublar və zorla maşına basıb aparıblar.Yasər Yusifzadənin şəxsi mənzilində axtarış aparılıb, ona məxsus kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.
Gənc fəalın konkret nədə günahlandırıldığı və hazırda harada saxlanması bilinmir.


İranda islahatçı jurnalist və dinc siyasi fəal Səid Rəzəvi Fəqih tutulub

Güney Azərbaycan Xəbərləri



İranda islahatçı jurnalist və dinc siyasi fəal Səid Rəzəvi Fəqih tutulub. Jurnalist 8 gün qabaq tutulsa da, bununla bağlı xəbər yenicə yayılıb.

ETTELAAT əməkdaşları Fransada təhsil alan Səid Rəzəvi Fəqihi yanvarın 17-də Parisdən Tehrana gələrkən Tehran aeroportunda tutub aparıblar.

İranın bir neçə islahatçı qəzeti ilə əməkdaşlıq edən Səid Rəzəvi Fəqihin hazırda Tehranın Evin zindanında saxlandığı bildirilir.

Jurnalistin konkret nədə günahlandırılması haqda məlumat yoxdur.




İran Avropaya Neft Satmak İstəmir

Güney Azərbaycan Xəbərləri




İranın, Avropaya neft ixracatını dayandıraraq cavab verməyə hazırlanır.İranın, AB tərəfindən əvvəlki gün alınan İrandan neft idxalatını dayandırma qərarına, Avropaya neft ixracatını dayandıraraq cavab verməyə hazırlandığı bildirildi.İranlı millət vəkili Həsən Gafurifard, İran parlamentinin internet saytında açıqlamasında, Avropaya neft ixracatının dərhal dayandırılmasını nəzərdə tutan bir qanun təklifinin İran parlamentində görüşülməyə başlayacağını bildirdi.Gafurifard, "Qanun təklifi, ABin İrana istiqamətli neft embarqosu başlamadan əvvəl İranın Avropaya neft ixracatını dayandırmasını nəzərdə tutur" deyərək, bu mövzudakı Parlament görüşmələrinin 29 Yanvar/ocaqda başlayacağını ifadə etdi.ABə ixrac edilən neftin İranın bütün neft ixracatının yalnız təxminən yüzdə 18lik hissəsini meydana gətirdiyini ifadə edən millət vəkili, bu səbəblə İranın ABə neft ixracatının dayandırılmasının mənfi təsirinin İrandan çox AB ölkələrində hiss ediləcəyini müdafiə edir.



İran ətrafında vəziyyət gərginləşir

Güney Azərbaycan Xəbərləri




Vaşinqton Tehrana qarşı maliyyə sanksiyalarını dərinləşdirir, toqquşmalar Hörmüz boğazından başlaya bilər.
Avropa İttifaqının (Aİ) İrandan neft alınmasını və bu ölkənin Mərkəzi Bankının maliyyə əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutan sanksiyalarının (təhrim) ardınca ABŞ da Tehrana qarşı maliyyə sanksiyalarını dərinləşdirib. Birləşmiş Ştatların Maliyyə Nazirliyi bildirib ki, İranın “Ticarət” bankına və onun xaricdəki filiallarına sanksiyalar tətbiq edir. Bankın İranın nüvə proqramlarının maliyyələşdirilməsində rolunun olması sanksiyaların səbəbi kimi göstərilib. Bankın sanksiyaların təsirinə məruz qalan filiallarından (nümayəndəgi) biri də Belarusda yerləşir.
Aİ-nin İrana qarşı neft embarqosu iyunun 1-dən qüvvəyə minəcək. Həmin vaxtdan etibarən ittifaqa daxil olan ölkələr İranla neft alınmasına dair müqavilə bağlaya bilməyəcəklər. ABŞ da İrana qarşı oxşar embarqo tətbiq edib. İran bu sanksiyalara cavab olaraq bildirir ki, Aİ ölkələrinə neft satışının dayandırılması ölkə iqtisadiyyatına təsir etməyəcək. Çünki Tehran bu nefti Asiyadakı müştərilərinə satacaq. Lakin ABŞ bir sıra Asiya ölkələrini, o cümlədən Yaponiyanı da İrandan neft almağı dayandırmağa çağırır. Tehran sanksiyalara cavab olaraq dünya bazarlarına nəql edilən neftin əsas hissəsinin daşındığı Hörmüz boğazını bağlayacağına dair xəbərdarlığını qüvvədə saxlayır. Ancaq rəsmilərdən bu barədə ziddiyyətli açıqlamalar verilir. Son olaraq İran parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İsmayıl Kosəri deyib ki, əgər neft embarqoları ölkə iqtisadiyyatına ziyan vursa, o zaman Hörmüz boğazı hərbi gəmilərlə bağlanacaq. Lakin Kosəri əlavə edib ki, Aİ-nin qadağaları İrana təsir edə bilməz. ABŞ bölgədə çoxsaylı hərbi gəmilər cəmləşdirib və bildirir ki, Hörmüz boğazının bağlanmasına cavab olaraq İrana dağıdıcı zərbələr endirməyə hazırdır.
İsrailin İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlaması ehtimalı da qalır. Bugünlərdə İsraildə səfərdə olan ABŞ silahlı qüvvələri birləşmiş qərargahının rəisi, general Martin Dempsi Təl-Əvivin Vaşinqtona xəbər vermədən İrana qarşı hərbi əməliyyatlara başlamayacağına dair təminat ala bilməyib. Britaniyanın “Sunday Times” qəzeti xəbər verir ki, baş nazir Benyamin Netanyahu general Dempsi ilə görüşündə belə təminat verməkdən imtina edib. O deyib ki, İsrail İrana qarşı təkbaşına hərbi əməliyyatlara başlasa, ABŞ-ı cəmi 12 saat əvvəl xəbərdar edə bilər. Bildirilir ki, bu yaxınlarda prezident Barak Obama da Netanyahu ilə telefon danışığında İrana qarşı hazırlanan əməliyyatların detalları (təfərrüat) barədə soruşub. Ancaq İsrail baş naziri bu barədə məlumat verməyib və deyib ki, əməliyyat barədə qərar verilərsə, ABŞ detallar haqda məlumatlandırıla bilər. Hazırda İran məsələsində İsraillə ABŞ arasında ciddi fikir ayrılıqlarının mövcud olduğu bildirilir.

Geri dön