Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: - Sonunda ürək açmayan mənzərə yaratmamaq üçün bu qərarı verdik
Fərəc Quliyev: - Sonunda ürək açmayan mənzərə yaratmamaq üçün bu qərarı verdik |
Milli Dirçəliş Hərəkatı Partiyası qarşıdan gələn parlament seçkilərində heç bir bloka qoşulmadan iştirak edəcək. Bunu Trend-ə partiyanın sədri, Milli Məclisin deputatı Fərəc Quliyev deyib.
F.Quliyev bildirib ki, partiya seçkilərədə partiya üzvü olmayan insanlara da dəstək verə bilər: “Əgər hansısa dairədə bitərəf, alim, düşüncələrimizi daşıyan müstəqil insanlar olsa, biz o dairələrdə namizəd irəli sürməyə və həmin namizədlərə dəstək verə bilərik. Bütövlükdə seçkilərə blok halında getməyəcəyik”. Sədrlik etdiyi partiyanın bloklara qoşulmaması səbəbinə gəlincə isə F.Quliyev bildirib ki, bloka qoşulmaq partiya qarşısında məhdudiyyət yaradır: "Seçkilərə blok halında gedəndə əvvəla üzərinə öhdəliklər götürməyə məcbur olursan. Çünki ortaq bir davranış modeli olur və hər kəs ona əməl etməlidir. Beləliklə, məhdudiyyətlər yaranır. Bundan əlavə, blokda olanların məsuliyyətini daşımaq məcburiyyətindəsən. Namizədlərin hərəkətlərinə, davranışlarına görə, partiyalar məsuliyyət daşıyır. Çünki onlarla birgə vahid bir platformadan çıxış edirsən. Üstəlik, namizədlərin verilməsi söz-söhbətlərə səbəb olur, bəzi dairələrdə anlaşılmazlıq yaranır. Ona görə biz hesab edirik ki, bütün bunlardan qaçmaq və azad şəkildə çıxış etmək üçün bloka qoşulmamaq daha uyğundur”. F.Quliyev eyni zamanda, indiyə qədər müxalifət düşərgəsində yaradılan blokların istənilən nəticəni verməməsini də qeyd edib: “İndiyə qədər yaradılmış blokları görmüşük. Bu bloklarda təmsil olunan partiyalar sonradan qatı şəkildə, hətta düşmənçilik səviyyəsində bir-birilərinə qarşı çıxırlar. Bütün bunları başlayıb və sonunda da ürək açmayan mənzərə yaratmaqdansa, o bloklarda olmamaq qərarı verdik”. Geri dön |