Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Daxili İşlər Nazirliyi parlament seçkisi ilə bağlı tədbirlər planı hazırlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş, Hüquq > Azərbaycan Daxili İşlər Nazirliyi parlament seçkisi ilə bağlı tədbirlər planı hazırlayıb

Azərbaycan Daxili İşlər Nazirliyi parlament seçkisi ilə bağlı tədbirlər planı hazırlayıb


Polis orqanları Azərbaycan qanunları çərçivəsində seçkilərin pozulmasına yönəlmiş bütün addımların qarşısını almağa hazırdır. Bunu daxili işlər nazirinin müavini Oruc Zalov bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O.Zalovun sözlərinə görə, parlament seçkiləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi tədbilər planı hazırlanıb: "Milli Məclisə seçkilərə hazırlıq dövründə baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar orqanların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədilə xüsusi tədbirlər planı hazırlanıb və bu, icra üçün yerli orqanlara yönəldiləcək. Həmin tədbirlər planında keçiriləcək seçki ilə bağlı daxili işlər orqanları əməkdaşlarının sayıqlığının artırılması, asayişin nümunəvi təmini və zəruri təhlükəsizlik şəraitinin yaradılması, seçkinin gedişinə əsassız müdaxilələrin qarşısının alınması, DİN-in bütün orqan və hissələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, səsvermə hüququna malik olan vətəndaşların siyahılarının dəqiqləşdirilməsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə təmini işinin oktyabr ayının sonunadək tam başa çatdırılması nəzərdə tutulub".

Nazir müavini əlavə edib ki, DİN-nin müvafiq xidmətləri, yerli orqanlarla, ASAN xidmətlə birgə səyyar xidmətlər təşkil edərək seçki ərəfəsində 18 yaşına çatmış şəxslərin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, eləcə də, müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün işlər görür. Bu iş oktyabr ayının sonunadək başa çatdırılacaq.

Bununla yanaşı seçki kampaniyası dövründə dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binaların mühafizəyə götürülməsi üçün yerli orqanlara tapşırıq verilib.

Nazir müavini seçki siyahıları ilə bağlı məqama da diqqət çəkərək seçki siyahıları ilə əlaqədar bəzi problemlərin ortaya çıxa biləcəyini açıqlayıb: "Çünki əhali arasında miqrasiya var, kənddən şəhərə, şəhərdən kəndə getmə halları mövcuddur. Ola bilər ki, seçki ərəfəsində yerdəyişmə hallarına yol verilsin. Lakin bunların aradan qaldırılması üçün seçki komissiyalarının qaldırdığı hər bir məsələ dəqiqləşdiriləcək və real vəziyyət ortaya qoyulacaq".

Polis orqanları və dairə, məntəqə seçki komissiyaları ilə birgə treninqlərin keçirilməsi nəzərdə tutulub.

O bildirib ki, seçki bülletenlərinin seçki məntəqələrinə, eləcə də, seçkilərdən sonra yuxarı seçki komissiyalarına təhlükəsiz çatdırılması tam təmin olunacaq. Nazir müavini deyib ki, bu məqsədlə polis orqanları seçki komissiyalarının ixtiyarına veriləcək: "Polis orqanları seçənin və seçilənin hüquqlarını qorumağa borcludur. Namizəd qeydə alınıbsa, onun seçicilərlə görüşünə tam şərait yaradılacaq. Açıq və qapalı yerlərdə əvvəlcədən məlumatlandırılmış qaydada keçirilən görüşlərdə təhlükəsizlik tam təmin olunacaq. Görüşlər zamanı qanuni şüarlar və çağırışlar edilməlidir. Kimsə qanundan kənar şüar və çağırışlar edərsə, polis tərəfindən qətiyyətlə bu halların qarşısı alınacaq".

Geri dön