Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qorvə və Bicar şəhərləri ikiqat ayrı-seçkiliyə məruz qalır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qorvə və Bicar şəhərləri ikiqat ayrı-seçkiliyə məruz qalır

Qorvə və Bicar şəhərləri ikiqat ayrı-seçkiliyə məruz qalır


Kürdistan vilayətində kürd dilinin məktəblərdə (mədrəsə) tədris olunmasının legitimləşməsi vaxtı ilə Azərbaycandan qoparılıb Kürdistan vilayətinə ilhaq edilən bölgələrdə yeni problemlərə səbəb olub.
Bundan sonra əhalisi Azərbaycan türklərindən ibarət olan Qorvə və Bicar şəhərlərində şagirdlər fars dilindən başqa kürd dilini də oxuyub öyrənməli olacaq. Bu barədə sosial şəbəkələrdə fəal olan qorvə və bicarlı soydaşlarımız öz etirazlarını kəskin şəkildə ortalığa qoyur. Onlar rejimin türk dilinə qoyduğu qadağa və fars dilində məcburi təhsil sistemini illərlə qəbul etmədiklərini və indi isə əlavə olaraq kürd dilinin məcburi tətbiq edilməsini pisləyir. Fəallar ayrıca olaraq Kürdistan vilayətindən ayrılıb Azərbaycan vilayətlərinə birləşməyi tələb edirlər.

Xatırladaq ki, Qorvə və Bicar Azərbaycan ərazisidir. Bu bölgə Pəhləvi rejimi dönəmində Azərbaycandan qoparılıb və Kürdistan vilayətinə ilhaq edilib.

Geri dön