Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yerli məsullardan Azərbaycan bölgələrində məişət problemləri ilə bağlı etiraf
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Yerli məsullardan Azərbaycan bölgələrində məişət problemləri ilə bağlı etiraf

Yerli məsullardan Azərbaycan bölgələrində məişət problemləri ilə bağlı etiraf


Güney Azərbaycanın müxtəlif bölgələrində yoxsulluq və işsizlik hökm sürür. Bu vəziyyət zaman-zaman rəsmi məsullar tərəfindən də dilə gətirilir.
İranın dini liderin Qərbi Azərbaycandakı nümayəndəsiSeyid Mehdi Qureyşi avqustun 20-də (mordadın 29-da) Valilikdə keçirilən tədbirlərin birində bildirib ki, “Qərbi Azərbaycanda əhalinin müxtəlif təbəqələri sözün əsl mənasında əzab çəkir.”

Seyid Mehdi Qureyşi sözlərini belə davam etdirib:

“Qərbi Azərbaycan vilayətinin əhalisi əslində İranın sərhədçiləridir, ona görə ki, bu vilayət 3 ölkə ilə həmsərhəddir. Digər vilayətlərdə əhali sərhədyanı olmaq özəlliyindən faydalanır, lakin Qərbi Azərbaycan əhalisi ondan məhrumdur. Həmçinin Gümrük məsullarının rəsmi rəqəmlərinə görə, Qərbi Azərbaycan ölkə üzrə idxal və ixracatda ikinci yeri tutur. İndi bu sual ortalığa çıxır, bütün bunların əhalinin məişətinə nə təsiri var?!”

Narkomaniyanı (mötadlığı) Qərbi Azərbaycanın daha bir ciddi problemi hesab edən S.M.Qureyşi vurğulayıb ki, bu istiqamətdə Qərbi Azərbaycana xüsusi diqqət ayrılmalıdır.

İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Xalxal şöbəsinin rəisi də bölgədə olan işsizliyi etiraf edib.

Mustafa Kərimi avqustun 21-də narkotik maddələri ilə mübarizə şurasının keçirdiyi iclasda bəyan edib ki, gənclərin narkotik maddələrinə meyillənməsinin əsas səbəbi işsizlik problemidir.

İşsizliyin toplumda bir bəla kimi yayılmasını bildirən Sepah rəisi, bu problemin qarşısını almaq üçün bütün orqanların səfərbər olmasını vacib sayıb.

Geri dön