Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Rusiyada ermənilərə səcdə edən siyasətçilər, dövlət məmurları var və sayca hələ də az deyillər
Rusiyada ermənilərə səcdə edən siyasətçilər, dövlət məmurları var və sayca hələ də az deyillər |
İnformasiya illüzionisti olan S.Tarasov erməniləri səcdəgah bilən rusların ön sıralarında gedir. Fəaliyyəti daha çox ermənilərin xeyrinə saxtalaşdırmaqdan ibarətdir.
Dünyada ərazi bütövlüyü prinsipinə dəstək artır. Aİ-nin Riqa sammitində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və dövlət suverenliyinə dəstəyin zəruriliyi rəsmən təsdiqləndi. Ermənistan prezidenti S.Sərkisyan Almaniya kansleri A.Merkellə görüşdükdən sonra bu sənədi imzaladı. S.Sərkisyan bununla da Azərbaycanın ərazi bütövlüyünü tanımış oldu. Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ de-yure Azərbaycanın tərkib hissəsidir. Aİ-nin Şərq Tərəfdaşlığı proqramında ATƏT MQ-yə dəstək də bəyan edildi. ATƏT MQ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki mövqeyini yaxınlarda Tarasovdan heç də az ermənipərəst olmayan amerikalı həmsədr C.Uorlik açıqladı: Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal olunmuş ərazilərdir, Azərbaycana qaytarılmalıdır, Dağlıq Qarabağda ermənilər və azərbaycanlılar birgə yaşayıblar, birgə yaşayacaqlar, Dağlıq Qarabağın statusunu əhalisi, yəni Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları birgə müəyyən edəcəkdir. Aydın şəkildə görünür ki, ATƏT MQ-yə görə Dağlıq Qarabağ ermənilərə məxsus deyil, eləcə də Dağlıq Qarabağ müstəqil də deyil. G 8-in Almaniyadakı sammitində də bütün dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyinə dəstək bəyan edildi. Dondurulmuş münaqişələr beynəlxalq hüquq normalarının, o cümlədən BMT nizamnaməsinin eroziyası kimi təqdim edildi. Bu iki sənəd göstərir ki, indi dondurulmuş münaqişələrdə əsas məsələ ərazi bütövlüyü prinsipi ilə millətlərin öz müqəddəratını təyin etmə prinsipi arasında deyil, münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsi ilə edilməməsi arasındadır. Meyl münaqişələrin həllinə doğrudur. Azərbaycanla əlaqəli məlumatları ermənilərin xeyrinə saxtalaşdırmaqda ustalaşmış, illüzionist S.Tarasov BMT nizamnaməsini Dağlıq Qarabağ tənzimlənməsi üçün əsas kimi götürür və bildirir ki, BMT-nin nizamnaməsində ərazi bütövlüyü prinsipi təsbit olunmayıb, millətlərin öz müqəddəratını təyin etmə prinsipi təsbit olunub. Eləcə də S.Tarasov BMT nizamnaməsini hüquqi sənəd hesab etdiyi halda Helsinki Yekun Aktını hüquqi qüvvəsi olmayan sənəd adlandırır. Saxtalaşdırma buradan başlayır. Helsinki Yekun Aktı BMT nizamnaməsinin son redaktəsinin təsdiqindən təxminən 25 il sonra qəbul edildi. BMT nizamnaməsi bütün dünya üçün nəzərdə tutulubsa Helsinki Yekun Aktı yalnız Avropa qitəsi üçün nəzərdə tutulub. Afrika və Latın Amerikasının xəritəsinə baxarkən dövlətlərin sərhədlərinin əksəriyyətinin düzxətli olması bu regionlarda ərazi bütövlüyü prinsipinin sintetik olduğunun nümunəsidir. Avropa isə dünyaya iki öldürücü müharibə təqdim edib. Bütün müharibələr sərhədlərin dəyişdirilməsi məqsədilə edilib. Məhz bu parametrlər BMT nizamnaməsindən sonra Helsinki Yekun Aktını zərurət edirdi. Helsinki Yekun Aktında bu mövzuda BMT nizamnaməsindən iki prinsipial fərq var. Birinci fərq ərazi bütövlüyü prinsipinin Avropa qitəsi üçün beynəlxalq hüquq norması kimi daxil edilməsidir. İkinci fərq millətlərin öz müqəddəratını təyin etmə prinsipinin dəyişilərək xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipi kimi təsbit edilməsidir. Helsinki Yekun Aktının səkkizinci maddəsi olan “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” iki hissədən ibarətdir. Bu prinsipin tələbinə görə xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi reallaşarkən beynəlxalq hüququn digər prinsiplərini poza bilməz. Başqa sözlə, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipi ərazi bütövlüyü prinsipinin əleyhinə gedə bilməz. İkinci nüans isə xalqların bərabərliyi və öz müqəddəratını təyinetməsi prinsipinin reallaşmasının xalqlar arasında sülhə və əməkdaşlığa xidmət etməsidir. Xalqlar arasında ayrılığa, nifaqa xidmət edə bilməz. Bu prinsipləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ekstrapolyasiya etsək hər şey aydın olur. Helsinki Yekun Aktının hüquqi sənəd olmaması barədə dediklərinin məsuliyyəti isə yalnız Tarasovun intellektinin üstündədir. Helsinki Yekun Aktını hüquqi əsasdan məhrum etmək ATƏT-i qeyri-legitim hesab etmək deməkdir. Konkret Ermənistan-Azərbaycan münaqişəsində isə Ermənistanın qəbul etdiyi yeganə tənzimlənmə müstəvisi isə ATƏT MQ-dir. Tarasov özü bilmədən özünü və erməniləri dolaşığa salıb. BMT nizamnaməsində və Helsinki Yekun Aktında beynəlxalq hüququn ən əsas prinsiplərindən biri iki tərəfin gəldiyi razılıqdır. Əgər Azərbaycan və Ermənistan ATƏT çərçivəsində Helsinki Yekun Aktının prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə rəsmən razılıq veribsələr deməli bu beynəlxalq hüquq prinsipidir. Bununla yanaşı Ermənistan həmişə çalışıb ki münaqişənin tənzimlənməsi Helsinki Yekun Aktının 3 prinsipi əsasında tənzimlənməsi barədə sənədin imzalanmasından başlasın. Azərbaycan isə BMT TŞ-nin 4 qətnaməsi, BMT nizamnaməsi də daxil olmaqla Böyük Sülh Müqaviləsinin hazırlanmasının tərəfdarıdır. BMT-nin mövqeyini müdafiə etməklə Ermənistan üçün illüzionistliklə məşğul olan Tarasov özü bilmədən Azərbaycanın mövqeyini gücləndirir. BMT barədə Tarasovun dediklərinə S.Sərkisyan əməl etsəydi münaqişənin tənzimlənməsi bundan qazanardı. Amma Tarasov qorxusundan S.Sərkisyana məsləhət verə bilmir, Azərbaycan Prezidentinə məsləhət verməyə cəsarətlənir: Azərbaycan Prezidenti təbliğatçılar yetişdirir, yetişdirəcək də. Amma eyni zamanda Azərbaycan Prezidenti savadlı hüquqşünaslar da yetişdirir. “Çıraqovlar Ermənistana qarşı” işi Azərbaycanın savadlı hüquqşünaslarının fəaliyyətinin bir nümunəsidir. Yeri gəlmişkən Azərbaycan politoloqu da bu işin reallaşmasında iştirak edib. Hər halda təxminən 10 aydan sonra Ermənistan işğalçı olub-olmadığını sübut etmək məcburiyyətində qalacaq. Bu Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarın tələbidir. Digər proseslər də baş verə bilər. Stansivlav Tarasov Azərbaycanın tarixini də saxtalaşdırır. Əvvəla, Çar Rusiyası dövründə “Azərbaycan” adlı inzibati bölgünün olmaması ümumilikdə “Azərbaycan” termininin mövcud olmaması anlamında deyil. Çar Rusiyası bütün dünya deyildi. İndi İran, vaxtilə Persiya, ondan da bir az qabaq müxtəlif adlar daşıyan dövlətin ərazisində Azərbaycan coğrafiyası mövcud olub. Çar Rusiyası ilə İran arasında müqaviləni imzalayan şəxs də milliyətcə fars olmayıb, azərbaycanlı olub. Digər tərəfdən, rus müəlliflərinin əsərlərində də “Aderbaycan” termini istifadə olunub.Dağıstanda azərbaycanlıların yaşaması, Dərbəndin azərbaycanlıların tarixi şəhəri olması heç kimə sirr deyil. Azərbaycanın adından uydurma iddialar irəli sürməklə Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək erməniləri səcdəgah seçmiş ruslar üçün yeni nümunə deyil. Tarasov bilərəkdən, ya da çaşaraq Azərbaycanın xanlıqlardan ibarət olduğunu və Qarabağ xanlığının da Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edir. O elə buradaca nöqtəni qoymalı idi. Qarabağ xanlığı tərkibindəki albanlarla birlikdə Azərbaycana məxsus olub, de-yure məxsusdur və gələcəkdə də həmişə Azərbaycana məxsus olacaqdır. Amma Tarasov bilir ki, həm də İrəvan xanlığı Azərbaycana məxsusdur. Milliyətcə azərbaycanlı İran şahzadəsi ilə Çar generalı arasında imzalanan Türkmənçay müqaviləsində Rusiyaya keçən Azərbaycan xanlıqlarının birinin də adı İrəvan xanlığıdır. O baxımdan Ermənistanın düşdüyü çətin vəziyyətin Ermənistanın təbliğatçılarında da panika yaratdığını iddia edə bilərik. Bəlkə də illüzionistin sehrli çubuğu sınıb. Məşhur ermənipərəst illüzionist S.Tarasovun saxtalaşdırmaq istədiyi parametrlərdən biri də “Dağlıq Qarabağın “müstəqilliyi”” tarixidir. Guya 1991-ci il avqust qiyamından sonra Azərbaycan müstəqilliyini elan edib və buna görə Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibindən ayrı hesab ediliblər. Ermənistan öz müstəqilliyini Pribaltika dövlətləri eyni vaxtda elan etdi. ABŞ-ön ssenarisi məhz belə idi. Azərbaycan Ermənistanın müstəqillik referendumundan bir ay sonra yalnız Müstəqillik haqqında bəyannamə qəbul etdi. Ermənistanın başladığı Dağlıq Qarabağ problemi Azərbaycan üçün digər məsələləri aktual etmişdi. Ermənistanın Dağlıq Qarabağ ermənilərilə birlikdə apardığı siyasətin məqsədi Dağlıq Qarabağ ermənilərinə müstəqil dövlətin verilməsi deyildi. Azərbaycanın ərazi bütövlüyünün pozulması idi. Ona görə də Tarasovun “millətlərin öz müqəddəratını təyinetmə” prinsipilə “ərazi bütövlüyü” prinsipini dövlətin öz tərkib hissəsinə olan münasibətilə əlaqələndirməsi də kökündən yanlışdır. S.Tarasovun digər illüzionistliyi millətlərin öz müqəddəratını təyin etmə prinsipini Dağlıq Qarabağ ermənilərinə şamil etməsidir. Etnologiya, antropologiya, politologiyada və s. “Artsax xalqı”, “Dağlıq Qarabağ erməniləri” adlı xalq yoxdur. Ona görə istər BMT nizamnaməsində, istərsə də Helsinki Yekun Aktındakı analoji prinsiplər Dağlıq Qarabağ ermənilərinə şamil edilə bilməz. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində “xalqların bərabərliyi və öz müqəddəratını təyin etməsi” prinsipinin tətbiqinə Azərbaycanın icazə verməsi rəsmi Bakının ən böyük kompromislərindən biridir. Belə getsə, bu prinsip tənzimlənmə prinsipləri içərisindən çıxarılacaqdır. Millətlərin öz müqəddəratını təyinetməsi prinsipinə istinad ABŞ-da yeni “Sibir millətçiliyi” anlayışı yaradıb. Şimali Qafqazın çox millətli olması da ABŞ-üçün aktualdır.ABŞ-ın belə “mütərəqqi” ideyalarını Rusiya ərazisinə gətirmək “erməni arzusu”dur. Səcdəgahı ermənilər olan ruslar da “erməni arzusu”nun icraçılarıdır. Dağlıq Qarabağ münaqişəsi öz işini gördü. Ermənistan dövlətçiliyi sıradan çıxır. Ermənistan erməni dövləti kimi mövcud ola bilmir. Vaxtilə SSRİ-nin tərkibində mövcud olmasının əsas səbəblərindən biri Ermənistan SSR-də ermənilərlə yanaşı azərbaycanlıların və rusların da yaşaması idi. Ermənistan Respublikası monoetnikləşdikcə, erməniləşdikcə dövlətçilik resursunu itirir. Ermənistan Respublikası erməni dövləti ola bilmədiyi halda, Dağlıq Qarabağın erməni dövləti olması barədə deyilənlər S.Tarasov kimilərin təxəyyülünün məhsuludur. Geri dön |