Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > "Hanı Türkiyənin müdafiə etdiyi ərəblər?"
"Hanı Türkiyənin müdafiə etdiyi ərəblər?" |
Seymur Həsənli: "Qərar sadəcə, Türk dünyasının nəbzini yoxlamaq üçün verilib."
Fransa iç üzünü bir daha nümayiş etdirdi. Bu ölkənin parlamenti erməni yalanlarını, uydurmalarını, Sarkozinin neofaşist baxışlarını, düşüncələrini rəsmiləşdirdi. Bundan sonra "uydurma erməni soyqırımı olmayıb" deyənlər müstəqil fikirlərinə görə ya cərimə ediləcək, ya da azadlıqdan məhrum olunacaqlar. Ailəsilə bağlı əxlaqsız məlumatların dildən düşmədiyi Sarkozi hakimiyyətinin təsirilə Senatda qəbul edilən qərarla bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənlinin "Gündəlik Bakı" qəzetinə açıqlamasını təqdim edirik Siyasilər Qərb dünyasının özünün milli mənafeyinin olduğunu anlamalıdır: "Lazım gəldiyi anda demokratiya, insan hüquqları kobudcasına pozula da bilər. İndi ən maraqlı məqam isə 10 min insanın Fransada mitinq edərək qondarma soyqırımı inkar etməsi günü olacaq. Nə edəcəklər? Bütün insanları cəzalandıracaqlar? Buna görə də düşünürəm ki, həmin qərarı o qədər də ciddiyə almamaq lazımdır. Qərar sadəcə, Türk dünyasının nəbzini yoxlamaq üçün verilib. Türkiyə uzun müddətdir ki, anti-İsrail fəaliyyətləri ilə məşğuldur. Halbuki Knessetdə qondarma soyqırım məsələsi Türkiyənin müdafiə etdiyi ərəblər tərəfindən qaldırıldı, amma yəhudilərin səsçoxluğu ilə qəbul edimədi. Bu, onunla əsaslandırılmışdı ki, tarixi məsələyə siyasət qiymət verməz. Türkiyə iqtidarı isə daxili siyasətə hesablanmış anti-İsrail fəaliyyətləri aparmaqda davam edirdi. Heç ABŞ-la. Fransa ilə bağlı lazımi addımları atmırdı. İndi isə bütün gündəmi Fransanın qəbul etdiyi qərar tutub. Fransadan və bu kimi digər dövlətlərdən biz fərqli nəsə gözləməməliyik. Atılan addım birbaşa fransız xalqının münasibətidir. Avropa dövlətlərində siyasi şüur kifayət qədər inkişaf edib. Xalqın istəkləri həmişə nəzərə alınır, onların ziddinə nəsə addımlar atılmır. Necə ki, ABŞ İraqı işğala gedəndə öz xalqının razılığı var idi. Çünki hər bir amerikalı dərk edirdi ki, onun dövləti dünya hegemonluğu uğrunda mübarizə aparır. Baxmayaraq ki, İraq onların torpaqları deyildi, sadə amerikalı gedib ölürdü həmin torpaqda. Fransanın qərarın qayıdıb bir məqamı da sizin diqqətinizə çatdrmaq istəyirəm. Türkiyə uzun müddətdir ki, ərəbləri müdafiə edirdi. Güney Azərbaycan türkləri, İraqda Kərkük türkləri bir kənarda qalmışdı. İndi hanı o müdafiə olunan ərəblər? Niyə Türkiyənin yanında deyillər? Mən məsələni ona görə özünütənqid üzərində qururam ki, bizə dünya tərəfindən göstərilən münasibət əslində, buraxdığımız səhvlər, yanlış strategiyalar ucbatından olur. Fransa bu qərarı verəndən sonra Türkiyə Parlamenti Xocalı Soyqırımını müzakirəyə çıxarmağı düşünür. Axı niyə indi? Bu günə kimi niyə edilmirdi bu? Qısa olaraq onu deyim ki, biz hücum taktikası seçmədiyimizə görə həmişə düşməndən geridə qalırıq. Verilən bu qərarlar hər birimizi oyatmalı və hücuma keçməyimizə təkan verməlidir". Anar TAĞIYEV Geri dön |