Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı deputat: Sepahın siyasətə qarışması ölkənin maraqlarına uyğun deyil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı deputat: Sepahın siyasətə qarışması ölkənin maraqlarına uyğun deyil

İranlı deputat: Sepahın siyasətə qarışması ölkənin maraqlarına uyğun deyil


İran parlamentinin deputatı Əli Mütəhhəri avqustun 23-də “Sepah” komandanı Məhəmmədəli Cəfəriyə məktub yazaraq onun başçılıq etdiyi qurumun siyasətə və qarşıdan gələn parlament seçkisinə qarışmasına etiraz bildirib.
Mütəhhərinin yazdığı bu məktub, “Sepah” komandanının ölkə prezidenti Həsən Ruhaninin Konstitusiyaya Nəzarət Şurasının seçkilərlə bağlı rolu barədə bəyanatına etirazından iki gün sonraya təsadüf edib.

Məktubda İran İslam Respublikasının qurucusu ayətullah Xomeynidən “Sepah” və ordunun siyasətə qarışmasına müxalif olduğunu göstərən bəyanatlarından sitatlar gətirilir və bildirilir ki, Sepah”çıların siyasətə müdaxilə etməsi ölkənin xeyrinə deyil: “Hesab edirəm ki, “Sepah”ın siyasət aləminə, o cümlədən də seçkilər məsələsinə birbaşa qarışması ölkənin, islam inqilabının və ölkə silahlı qüvvələrinin məsləhət və maraqlarına uyğun deyil.

Belə müdaxilələr sadəcə olaraq “Sepah”ın daxilindəki qüvvələr arasında ixtilaf və parçalanmağa gətirib çıxara bilər. Düşünürəm ki, Konstitusdfiyaya Nəzarət Şurasını xalqla üz-üzə qoymaq düzgün addım deyil”.

Qeyd edək ki, “Sepah” Komandanı avqustun 20-də jurnalistlərə açıqlamasında Konstitusiyaya Nəzarət Şurasının zəifləndirilməsinə yönəlmiş cəhdlər barədə dolayı yolla ölkə prezidenti Həsən Ruhaniyə xəbərdarlıq edib. “Sepah” komandanının bu xəbərdarlığı, İran prezidentinin qarşıdan gələn parlament seçkisinə namizədlərin səlahiyyətinin Konstitusiyaya Nəzarət Şurasında baxılmasını şübhə altına almasından bir gün sonraya təsadüf edib.



Avqustun 19-da jurnalistlərə açıqlama verən prezident Ruhani deyib ki, ölkənin Konstitusiyaya Nəzarət Şurası seçkilərdə yalnız nəzarətçi rolunu oynamalıdır: “Hesab edirəm ki, seçkilərdə namizədliyini irəli sürənlərin hər birinin səlahiyyətə malik olub-olmamadığını yalnız icraiyyə heyətləri təyin etməlidir”.

Geri dön