Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda sürüşmələr aktivləşəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Azərbaycanda sürüşmələr aktivləşəcək

Azərbaycanda sürüşmələr aktivləşəcək


Azərbaycanın bəzi ərazilərində torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimal olunur. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, nazirliyin apardığı mütəmadi monitorinqlər göstərir ki, bəzi rayonlarda sürüşmə qaçılmazdır.

O, bunu rayonlarda son günlər intensiv yağan yağışlarla əlaqələndirib: “Sürüşməni aktivləşdirən yağan yağışlardır. Bilirsiniz ki, son günlər bəzi rayonlarımıza intensiv yağışlar yağır. Bu isə təbii ki, sürüşmə zonalarında aktivliyi artırır. Azərbaycanın Abşeron, Zığ, Astara, Muğanlı, İsmayıllı və Xınalıq yolu daim sürüşmənin aktiv olduğu bölgələrdir. Yəni bu ərazilərə yağış yağan kimi cüzi də olsa sürüşmələr başlayır”.

Sürüşmənin təbii proses olduğunu və bunun qarşısını almağın mümkünsüzlüyünü qeyd edən Ə.Piriyev bildirib ki, nazirlik ekzogen proseslərin baş verməməsi üçün həmin ərazilərdə iynə yarpaqlı ağaclar əkir.

Nazirlik rəsmisi sürüşmələrin aktivliyini azaltmaq üçün əhalini də diqqətli olmağa çağırdı: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmələrin aktivliyini azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir. Amma burada əhalinin də üzərinə çox böyük məsuliyyət düşür. Gərək sürüşmə zonasında yaşayan insanlar ağacları qırmasınlar, kanalizasiya və çirkab sularını kor-koranə axıtmasınlar. Bütün bunlara riayət olunarsa, cüzi də olsa sürüşmə aktivliyi azalmış olar”.

Geri dön