Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycan əyalətinin rəsmisi Urmiya gölündən Təbrizə gələn duz tozanağından danışıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycan əyalətinin rəsmisi Urmiya gölündən Təbrizə gələn duz tozanağından danışıb

Şərqi Azərbaycan əyalətinin rəsmisi Urmiya gölündən Təbrizə gələn duz tozanağından danışıb


İranın Şərqi Azərbaycan əyalətinin Meteorologiya (Havaşünaslıq) Təşkilatının baş direktoru Fərrux Mütəllibifər avqustun 22-də jurnalistlərə açıqlamasında Qurumaqda olan Urmiya gölündən qalxan duz tozanağının Təbrizə çatmasından danışıb.
Fərrux Mütəllibifər deyib ki, havanın küləkli olmasına görə Urmiya gölündən qalxan duz tozanağı artıq Təbrizə gəlib çatıb: “Lakin güman etmirəm bu duz tozanağı o həddə olsun ki, əyalət sakinlərinin xərçəng, dəri və ağciyər xəstəliklərinə düçar olmasına səbəb olsun və ya onlarda tənəffüslə bağlı problemlər yaratsın. Mən belə bir halın ortaya çıxması barədə bir şey eşitməmişəm. Bu isə tibb elminə aid ixtisaslaşdırılmış bir bəhsdir.

Təəssüflər olsun ki, Urmiya gölünün böyük bir hissəsi qrtıq quruyub və duza çevrilib. Bu duzların bir hissəsi də külək qalxan kimi əyalətin şəhərlərinə, o cümlədən də Təbrizə doğru gəlir. Biz isə əyalət sakinlərinə yalnız onu tövsiyə edə bilərik ki, havanın çirkləndiyi belə hallarda imkan daxilində evdən bayıra çıxmasınlar”.

Geri dön