Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmu gölündə suyun səthi daha 8 santimetr aşağı düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölündə suyun səthi daha 8 santimetr aşağı düşüb

Urmu gölündə suyun səthi daha 8 santimetr aşağı düşüb


Qərbi Azərbaycan vilayətinin məntəqə su şirkətinin müavini Urmu gölünün acınacaqlı durumundan danışıb.
Əfşin Deyləmi gölün indiki vəziyyəti ilə bağlı bunları deyib:

“Urmu gölündə suyun həcmi 1375 və 76-cı illərdən (hicri-şəmsi təqvimi ilə) bəri 95 faiz azalıb, vüsət baxımından isə gölün 80 faizdən çoxu quruyub. Hazırda sadəcə gölün şimal hissəsində biraz su mövcuddur.”

O gölün su səthi barəsində qeyd edib ki, “Urmu gölünün su səviyyəsi tarazlığı təxminən 1270.16 metrdir. Bu rəqəm keçən illə müqayisədə 8 faiz azalma göstərir.”

Gölün ağır vəziyyətindən danışan Ə.Deyləmi hazırda gölün nicatı uğrunda bir sıra orqanların iş apardığını diqqətə çatdırıb.

Geri dön