Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bir qrup azərbaycanlı fəal Abbas Lisaninin doğum günü münasibəti ilə onun ailəsinin görüşünə gedib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Bir qrup azərbaycanlı fəal Abbas Lisaninin doğum günü münasibəti ilə onun ailəsinin görüşünə gedib

Bir qrup azərbaycanlı fəal Abbas Lisaninin doğum günü münasibəti ilə onun ailəsinin görüşünə gedib


Bir qrup azərbaycanlı milli-mədəni fəal hazırda məhbus həyatı yaşayan tanınmış fəal Abbas Lisaninin doğum günü münasibəti ilə onun ailəsinin görüşünə gedib. Onlar avqustun 23-də (şəhrivərtin 1-də) azərbaycanlı fəalın evinə toplaşaraq, onun doğum gününü ailəsinə təbrik ediblər.
Davam.az GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata istinadən xəbər verir ki, ilk öncə xanım Ruqəyyə Əlizadə qonaqları salamlayıb və onlara görüşə gəldiklərinə görə təşəkkür edib. Xanım R.Əlizadə fəallara A.Lisaninin Ərdəbil zindanındakı son vəziyyəti ilə bağlı məlumat verib. Zindanda fəala qarşı edilən təzyiqlərdən şikayətlənən xanım Əlizadə, daha çox təzyiqlərin qarşısının alınmasını istəyib.

Görüş zamanı bir neçə milli-mədəni fəal söhbət edib və şeir səsləndirilib. Rəhim Qulami bir ziyalı mübarizin müqavimət və iradəsini təsvir edən şeir oxuyub və bu xüsusiyyətlərin Abbas bəy də olduğunu diqqətə çatdırıb.

Bundan sonra çıxış edən Əli Xeyrcu, Əsgər Əkbərzadə, Cəfər Rüstəmirad, Meysəm Colani, Mehdi Əjdəri, Məhəmməd Xakpur, Murtaza Pərvin və Hüseyn Balaxanı tanınmış fəalın fəaliyyətlərini yüksək qiymətləndirib və yolunun davamını vacib sayıblar. Çıxışçılar A.Lisanini ziyalı, düşüncəli, qətiyyətli və əyilməz bir türk mübarizi kimi təsvir ediblər.

Görüşün keçirildiyi zaman A.Lisaninin evi qarşısında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin bir neçə maşını dayanıb. Onlar qapının yanına gələrək fəalları mərasimi qurtarmağa çağırıb, əks halda saxlanacaqlarını bildiriblər. Lakin fəallar ETTELAAT məmurlarının təhdidlərinə məhəl qoymadan öz mərasimlərini başa vurublar.

Fəalların A.Lisaninin mağazası qarşısında toplaşacağından ehtiyatlanan məmurlar, mağazanın önünə yığışıb və piyadaların gediş-gəlişinə icazə verməyiblər. Mağaza ətrafına yığışan məmurların sayı təxminən 30 nəfər olub.

Geri dön