Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran prezidenti Güney Azərbaycanın Həmədan əyalətinə səfər edib
İran prezidenti Güney Azərbaycanın Həmədan əyalətinə səfər edib |
İran prezidenti Həsən Ruhani avqustun 25-də Güney Azərbaycanın Həmədan əyalətinə səfər edib. Əyalətin mərkəzi sayılan Həmədan şəhərinə səfərdə Ruhanini bir sıra hökumət rəsmiləri müşayiət edib.
Həmədan hava limanında Ruhanini əyalətin ostandarı Məhəmməd Nasir Nikbəxt, ölkənin deini liderinin əyalətdəki nümayəndəsi axund Qiyasəddin Taha Məhəmmədi, əyalətin İran parlamentindəki nümayəndələri və daha bir neçə rəsmi şəxs qarşılayıb. Hava limanından “Qüds şəhidləri” stadionuna gedən Ruhani əhali qarşısında çıxış edərək Həmədan əhalisinin qəhrəmanlıqlarından və hökumətinin son iki ildə gördüyü işlərdən danışıb. Ruhani deyib ki, onun hökumətinin səyi nəticəsində ölkəni təhdid edən müharibə təhlükəsi ortadan qaldırılıb: “Həmədan Əbu Əli ibn Sina, Baba Tahir Üryan, Seyid Cəmaləddin Əsədabadi və Seyid Əli Həmədani kimi böyük alim və şəxsiyyətlərin diyarıdır. Bu diyar tibb, siyasət, irfan, elm və qəhrəmanlıqlar yurdu olmaqla yanaşı, həm də ayətullah Mədəni və Şeyx Tusi kimi şəxsiyyətlərin diyarıdır. Biz, xalqın bizə verdiyi dəyərli səsi sayəsində hədəflərimizə çatmaq uğrunda mühüm addımlar atmışıq. Bu gün keçmişlə müqayisədə İran və onun əhalisi dünyada, bölgədə və ümumiliklə Şərq və Qərbdə sülh və mədəniyyət tərəfdarı olan bir xalq kimi tanınır. Bu gün ölkəyə tətbiq edilən insana zidd zülmkar və səhv qətnamələr, onu qəbul edən mərkəzlərin özü tərəfindən, yəni BMT Təhlükəsizlik Şurası tərəfindən ləğv edilib. Bu isə ölkə rəhbərinin, fədakar xalqın və Qərblə nüvə danışıqları aparan nümayəndə heyətimizin səyi nəticəsində mümkün olub. Bizim hökumət, Həmədanla bağlı üzərinə götürdüyü öhdəlikləri yaxın bir zamanda həyata keçirə biləcəyinə ümidvardır. Biz, Allah qoysa yaxın iki ildə siz insanların köməyi sayəsində əyalətlə bağlı bir sıra layihələrin icrasına başlayacağıq. Həmin layihələrdən biri də Həmədan-Tehran dəmir yolu layihəsinin gələn bir ilə qədər həyata keçirilməsidir”. Qeyd edək ki, İran prezidenti öz çıxışında Həmədan əhalisinə verdiyi vədlərdə yerli əhalinin əyalətdə Azərbaycan türkcəsində bir televiziya şəbəkəsinin təsisəsi ilə bağlı tələbinə münasibət bildirməyib. Geri dön |