Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbilin keçmiş məsullarından biri Heyran Gədiyindən danışıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbilin keçmiş məsullarından biri Heyran Gədiyindən danışıb

Ərdəbilin keçmiş məsullarından biri Heyran Gədiyindən danışıb


Ərdəbil vilayətində yerləşən “Heyran gədiyi”nin bu vilayətdən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi hələ də gündəmdədir.
Bu barədə Ərdəbil vilayəti təbii qaynaqlar idarəsinin keçmiş rəisi öz fikirlərini bildirib: ““Heyran gədiyi” 1376-cı ildə (hicri-şəmsi təqvimi ilə) yəni Ərdəbil vilayət statusu aldıqdan sonra Azərbaycandan qoparılıb və Gilan vilayətinə ilhaq edilib.”

Həmid Pirmüəzzinin sözlərinə görə, ““Heyran gədiyi” Ərdəbil vilayət statusu aldıqdan 5 il sonra Gilan vilayətinə ilhaq edilib. O zamana qədər ki, bu bölgənin idarəçilik işləri Ərdəbil vilayəti tərəfindən həyata keçirilirdi, bu bölgənin təbiətinə heç bir müdaxilə vəya təxrib olunmayıb.”

H.Müəzzin əlavə edib ki, “1360-cı ildən bəri Ağayurd məntəqəsindən Baharistan və Fındıqlı bölgəsinə qədər Şərqi Azərbaycan vilayətinin təbii qaynaqlar sahəsinə aid olub. Ərdəbil vilayət statusu aldıqdan sonra bir sıra dəyişikliklər oldu və 1376-cı ildən sonra “Heyran gədiyi” Gilan vilayətinə verildi.”

Geri dön