Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Minsk qrupundan daha bir ikiüzlülük
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Minsk qrupundan daha bir ikiüzlülük

Minsk qrupundan daha bir ikiüzlülük


Elşən Manafov: “Monitorinq qrupunun ermənilərin dinc sakinləri daim təhlükə altında saxlamalarına lazımı dərəcədə reaksiya verməməsinin kökündə Minsk qrupuna daxil dövlətlərin bölgə ilə bağlı maraqları dayanır”

Fərəc Quliyev: “ATƏT-in Minsk qrupu effektsiz qurum olduğundan, yaradılan Monitorinq qrupundan da öz fəaliyyətində bundan artığını gözləməyinə dəyməz”

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi mandatına uyğun olaraq avqustun 25-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirib. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirib.
Bu zaman ATƏT-in nümayəndələrinə atəşkəsin mütəmadi pozulmasından şikayətlənən sakinlər bildiriblər ki, ermənilər kəndləri, təsərrüfat sahələrini güllə atəşinə tutmaqla həyatlarına təhlükə yaradırlar.
Ümmüiyyətlə, ermənilərin dinc sakinlərə münasibətdə atəşkəsi pozmaları, insanları daim təhlükə altında qoymaları mütəmadi olaraq baş verir. Lakin nədənsə, atəşkəsin pozulmasının monitorinqini aparan xarici qurumlar buna görə indiyə kimi bir dəfə də olsun Ermənistanı cəzalandırmayıb. Ermənilər də bu cəzasızlıq mühitindn sui-istifadə edərək, hətta dinc sakinlərin yaşadığı əraziləri güllə atəşinə məruz qoyurlar. Bu da erməni işğalçılarının cəzasızlıq mühitində daha da azğınlaşdıqlarını göstərir.
Amma ermənilərin dinc sakinləri, onların təsərrüfat sahələrini mütəmadi olaraq atəşə tutmasına ATƏT-dən və digər təşkilatlardan lazımı reaksiya yoxdur. Politoloq Elşən Manafovun fikrincə, Monitorinq qrupunun ermənilərin dinc sakinləri daim təhlükə altında saxlamalarına lazımı dərəcədə reaksiya verməməsinin kökündə Minsk qrupuna daxil dövlətlərin bölgə ilə bağlı maraqları dayanır: "Bu günlərdə Ermənistan mətbuatı Azərbaycan Ordusunun ermənilərə daha effektiv və sərrast zərbə endirmələri barədə məlumat yayıb. Hansı ki, bu məlumatlar təkzibolunmazdır. Beynəlxalq hüquqda ərazi bütövlüyünün hərbi yolla həlli variantı da istisna edilmir. Bu, Azərbaycan tərəfinin müstəsna hüququdur. Amma söhbət ondan gedir ki, Azərbaycan tərəfinin əks zərbələri, məhz erməni tərəfinin döyüş bölgəsindəki təmas xətində Azərbaycan kəndləri və vətəndaşlarımızın gülləbaran edilməsilə bağlı mövqeyinə münasibətin sərgilənməsidir. Azərbaycan Silahlı Qüvvələrinin bu kontekstdə ermənilərə endirdiyi tutarlı cavabı məhz vətəndaşlarımız və kəndlərimizin qorunması niyyəti və zərurətindən irəli gəlir. Təbii ki, Ermənistan bununla bağlı həm ölkə ictimaiyyəti, həm də Monitorinq qrupuna yanlış məlumatları ötürməyə çalışır. Onu da istisna etmirəm ki, ATƏT-in Minsk qrupu da bu kimi yanlış məlumatları qəbul etməkdə maraqlıdır. 21 ildir ki, Minsk qrupu fəaliyyətdədir və bu illər ərzində münaqişənin həlli məqsədilə müxtəlif layihələr irəli sürülsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi və Minsk qrupunun İrəvanın siyasətinə münasibətdə loyal mövqe sərgiləməsi, konfliktin bu qədər uzanmasına səbəb olub. Rusiya xarici işlər naziri Sergey Lavrov və Minsk qrupunun amerikalı həmsədri bu yaxınlarda münaqişənin həlli vaxtının yetişdiyini bəyan etmişdi. Bu vəziyyət Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırdı ki, nəhayət Minsk qrupu yaranmış vəziyyətin nə dərəcədə qorxulu olduğunu anlayaraq, əslində, müəyyən tədbirlər görmək məcburiyyətində qalacaq. Son zamanlar Qərbin enerji təhlükəsizliyində böyük rol oynayan kəmərlər üzərində yaranan təhlükələr göstərir ki, problemin həlli artıq çoxdan yetişib. ATƏT-in Monitorinq qrupunun Azərbaycanın dinc əhalisinin ermənilər tərəfindən gülləbaran edilməsinə bu günə qədər lazımı reaksiya verməməsi, Minsk qrupunda təmsil olunan dövlətlərin bölgə ilə bağlı maraqlarından irəli gəlir. Yaddan çıxarmayaq ki, ATƏT-in Minsk qrupu hansısa humanitar təşkilat deyil. Əslində, Monitorinq qrupunun özü də ATƏT-ə bağlı olan bir qurumdur və onun müəyyən etdiyi siyasətdən kənarda addımlar atmaq niyyətində deyil. Monitorinq qrupunun son bir neçə ildə həyata keçirdiyi siyasət göstərir ki, onun mövqeyi elə ATƏT-in Minsk qrupunun münaqişə ətrafındakı mövqeyilə həmişə tam mənada üst-üstə düşüb”.

Millət vəkili Fərəc Quliyev isə bildirdi ki, ATƏT-in Minsk qrupu effektsiz qurum olduğundan, yaradılan Monitorinq qrupundan da öz fəaliyyətində bundan artığını gözləməyinə dəyməz: "Dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, ATƏT-in Minsk qrupu effektsiz bir qurumdur. Bunu tək mən yox, bütün cəmiyyət deyir. Hətta ATƏT-ə üzv dövlətlər belə bunu etiraf edir. ATƏT-in bugünkü mövqeyi münaqişə ətrafında mövcud status-kvonu qorumağa xidmət edən bir davranışdır. Nə qədər ki, orada Fransa, Rusiya olacaq, dəyişiklik olmayacaq. Hesab edirəm, Avropa Birliyi məsələyə əl qoymalıdır ki, məsələnin Gürcüstan-Rusiya müharibəsində olduğu kimi konkret addımlarla həll etsin. Ya da BMT-nin özü birbaşa olaraq məsələyə müdaxilə etməlidir ki, qəbul etdiyi 4 qətnamə həyata keçsin. BMT Nizamnaməsinin 7-ci bəndi və 41-42-ci paraqraflarına görə hərbi və ya qeyri-hərbi sanksiyalarla Ermənistanı ədalətli mövqe tutmağa məcbur etməlidirlər. Problemin yolu budur. Monitorinq qrupu ayda, ildə bir, iki dəfə gəlib monitorinq aparmaqla həmin anda təmas xətində nə görə bilər ki? Hətta ən şiddətli hərbi əməliyyatlar olsa belə, Monitorinq qrupu çalışacaq ki, fəqrli davransın. Onlar məgər bilmir ki, Ermənistan müxtəlif oyuncaqlar şəklində partlayıcı maddələri suya atmaqla uşaqlarımızı öldürməkdən belə çəkinmirlər? Məgər görmürlər ki, dinc sakinlərin yaşadığı ərazilər mütəmadi olaraq, ermənilər tərəfindən atəş altında saxlanılır? Bütün bunları yaxşı bilirlər. Amma sadəcə olaraq, reaksiya verməməklə prosesi uzadır və çalışırlar ki, uyğun bir müddətdə indiki de-fakto işğal vəziyyəti, de-yure olaraq da təsbit olunsun, bu məsələdə Azərbaycan uduzsun. Ona görə də ATƏT-in Minsk qrupuna güvənmirəm və onların monitorinqinin də heç bir əhəmiyyəti yoxdur”.




Rüfət NADİROĞLU

Geri dön