Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın mübariz oğlu Səid Mətinpur azadlığa buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanın mübariz oğlu Səid Mətinpur azadlığa buraxılıb

Azərbaycanın mübariz oğlu Səid Mətinpur azadlığa buraxılıb


Azərbaycanlı mədəni fəal, jurnalist və insan haqları fəalı Səid Mətinpur şərti olaraq azadlığa buraxılıb.
O avqustun 26-da (şəhrivərin 5-də) 8 illik məhkumluq müddətinin əsas hissəsini çəkdikdən sonra anayasanın 134-cü maddəsinə uyğun olaraq sərbəst buraxılıb.

S.Mətinpur 2007-ci il mayın 25-də (1386-cı il xordadın 4-də) Zəncan şəhərində yaxalanıb və Tehranın Evin zindanının 209-cu bölümünə intiqal edilib. O 278 gün müvəqqəti saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşlığında sərbəst buraxılıb, sonra yenidən tutulub.

Tehran inqilab məhkəməsinin 15-ci şöbəsinin hakimi (qazi) azərbaycanlı fəalı xaricilərlə irtibat qurmaq ittihamı ilə 7 və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, tolpam olaraq isə 8 il həbs cəzasına məhkum edib. O 2009-cu il iyulun 11-də (1388-ci il tirin 20-də) çağırışa əsasən məhkəməyə müraciət etdiyi zaman məmurlar tərəfindən tutulub və Evin zindanına aparılıb.

Tanınmış azərbaycanlı fəal həbs müddətində dəfələrlə ailəsi ilə görüşmək və telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilib. O zindanda ruhi və psixoloji (rəvani) işgəncələrə məruz qalıb.

Adını çəkdiyimiz fəal Azərbaycan Milli Hərəkat fəallarının tanınmış simalarından biridir. O fəlsəfə üzrə Tehran universitetinin məzunudur və “Yarpaq”, “Moc-i bidari” həftəlik dərgilərinin yazıçılar heyətinin keçmiş üzvü olub.

Geri dön