Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı nazir: Neftin qiyməti yarıya düşsə də biz onun ixracatını artıracağıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı nazir: Neftin qiyməti yarıya düşsə də biz onun ixracatını artıracağıq

İranlı nazir: Neftin qiyməti yarıya düşsə də biz onun ixracatını artıracağıq


İranın neft naziri Bijən Namdar Zəngənə avqustun 26-da dövlət televiziyasına müsahibəsində neft ixrac edən ölkələr təşkilatı “OPEC”dən və ölkənin nüft hasılatından danışıb.
Bijən Namdar Zəngənə deyib ki, İran “OPEC”ə üzv ölkələr arasında neftin hasılatı və ixracının həcmi ilə bağlı payına düşən miqdardan vaz keçməyəcək: “Hesab edirik ki, “OPEC”də İrana düşən pay tarixi bir paydır və özümüzə qaytarılmalıdır. Bu pay, ölkənin həyati parametrlərindən sayılır.

Neftin qiyməti yarıya düşsə də biz onun ixracatını artıracağıq. Hətta əgər bizim ixrac etdiyimiz neftin həcmi ikiqat artsa və neftin qiyməti yarıya qədər düşsə də yenə problem yoxdur. Çünki biz az qiymətə öyrəşmiş, müqavimətlə yaşamışıq. Bundan biz yox, başqaları nigaran olmalıdır.

Təəssüflər olsun ki, neft ixrac edən ölkələr təşkilatına “OPEC” üzv bəzi ölkələr dünya bazarlarında neftin qiymətinin artırılmasını istəmir, bununla da onlar digər üzv ölkələrə zərbə vurmağa çalışırlar”.

İranlı nazir həmin ölkələrin adlarını çəkməsə də, onun neftin qiymətinin düşməsinə baxmayaraq ixracını artıran Səudiyyə Ərəbistanını nəzərdə tutduğu təxmin edilir.

Qeyd edək ki, hazırda dünya bazarlarında neftin hər barelinin qiyməti 40 dollara düşüb.

Geri dön