Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiya gölünün duz təpəciklərindən dəhşətli bir mənzərə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiya gölünün duz təpəciklərindən dəhşətli bir mənzərə

Urmiya gölünün duz təpəciklərindən dəhşətli bir mənzərə


İran rəsmilərinin qurumaqda olan Urmiya gölünün yenidən canlandırılması barədə ağız dolusu söhbət və vədlərinə baxmayaraq bu göldə əmələ gəlmiş duz təpəciklərindən dəhşətli şəkillər yayılıb.
Yayılan şəkillərdə Urmiya gölünün tamamilə quraqlıq bir məntəqəyə çevrildiyi aydın şəkildə görünür. Gölün quruması nəticəsində yerdə qalan on milyardlarla ton duz , əsən hər bir küləyin ardınca təpəciklərə çevrilir, ətraf yaşayış məntəqələrində yayılır. Təəssüflər olsun ki, bu gün Urmiya gölü İran hökumətinin yürütdüyü səhv siyasəti və ölkə rəsmilərinin səriştəsizliyi ucbatından tamamilə quruyub məhv olmaq ərəfəsindədir.

Qeyd edək ki, 550 min hektar sahəsi olan Urmiya gölü 20 il bundan qabağa qədər, yəni 1995-ci (1375-ci) ilə qədər dünyanın ən böyük şor və duzlu göllərindən biri sayılsa da, sonradan ona axan çayların qarşısının alınması nəticəsində, göl ən qısa bir zamanda qurumağa başlayıb. Hazırda isə gölün 93 faizi tamamilə qurumuş vəziyyətdədir.

Urmiya gölünün sürətlə quruması isə bölgədə iqlim dəyişikliyinə, hava temperatorunun yüksəldilməsinə, duzun ətraf mahal və məntəqələrə yayılmasına, eləcə də ətraf şəhər və kəndlərdə yaşayan əhali arasında xərçəng, tənəffüs və digər xəstəliklərin yayılmasına gətirib çıxarıb.

Geri dön