Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar > Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib


2015-ci il avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə MSK sədri Komissiya üzvlərini Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib və bildirib ki, dövlət başçısının Sərəncamı ilə beşinci çağırış Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib.

Qeyd olunub ki, 2015-ci ilin ölkəmizin tarixində mühüm hadisə olan Milli Məclisə seçkilər ili olduğunu nəzərə alaraq, vətəndaşların konstitusion hüquqlarından olan seçmək və seçilmək hüquqlarının təmin olunması, seçkilərin azad və ədalətli keçirilməsi üçün hələ ilin əvvəllərindən Mərkəzi Seçki Komissiyası genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə irimiqyaslı layihələr həyata keçirilib, aşağı seçki komissiyalarının iş şəraitinin və maddi-texniki bazasının gücləndirilməsi üçün mütəmadi şəkildə ardıcıl addımlar atılıb.

Sonra iclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edilib.

İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi

Geri dön