Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞPA-da Xocalı Soyqırımının 20 illiyi ilə bağlı bəyanat qəbul olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > AŞPA-da Xocalı Soyqırımının 20 illiyi ilə bağlı bəyanat qəbul olunub

AŞPA-da Xocalı Soyqırımının 20 illiyi ilə bağlı bəyanat qəbul olunub


Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Xocalı Soyqırımını kəskin pisləyən bəyanat qəbul olunub.

Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın bəyanatı kimi qəbul olunub və Assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb. AŞPA-nın bəyanatında deyilir ki, Xocalı Soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırım bəşəriyyət tarixində törədilmiş ən qeyri insani və kütləvi xarakterli terror aktlarından biridir.
Bəyanatda deyilir: “Bu il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Rusiyaya (Sovet İttifaqına) məxsus 366-cı moto-atıcı piyada alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etməsinin və onun dinc sakinlərini etnik türk mənsubiyyəti səbəbindən amansızcasına soyqırıma məruz qoymasının 20 ili tamam olunur. Xocalı soyqırımı zaman 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilmiş, 8 ailə tamamilə məhv edilib. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 1275 mülki vətəndaş girov götürülüb, onlardan 150-nin taleyi hələ də naməlumdur.
AŞPA-da qəbul edilən bəyanatda deyilir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini tamamilə yerlə-yeksan ediblər. Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırıma hüquqi və siyasi qiymət verilməyə cağırılır. Sənəddə deyilir: Bütün bunları nəzərə alaraq biz (bu sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti o cümlədən AŞPA-nı bu qeyri insanı, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı qüvvələri tərəfindən bəşəriyyət əleyhinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çağırırıq.

Geri dön