Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Apellyasiya məhkəməsi azərbaycanlı fəala bəraət qazandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Apellyasiya məhkəməsi azərbaycanlı fəala bəraət qazandırıb

Apellyasiya məhkəməsi azərbaycanlı fəala bəraət qazandırıb


Azərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətlərinə görə 6 ay həbs cəzasına məhkum edilmiş qoşaçaylı fəal Atilla Seyfi (Musa) apellyasiya məhkəməsində bəraət qazanıb.
Qərbi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 10-cu şöbəsi Atilla Seyfinin işinə yenidən baxaraq ilkin məhkəmədə ona qarşı irəli sürülmüş ittihamı rədd edərək barəsində çıxarılmış 6 aylıq həbs cəzasını ləğv edib. Bununla da apellyasiya məhkəməsi azərbasdycanlı fəala bəraət qazandırıb. Fəal bundan əvvəl Qoşaçay (Miyandab) məhkəməinin 102-ci şöbəsi tərəfindən sistemə qarşı təbliğat aparmaqda və millətçi qruplara üzvlükdə günahlandırılmışdı.

Atilla Seyfi milli zəmində apardığı dinc mübarizəsinə görə bu ilin mart ayında atasının evində tutulmuşdu. Evdə axtarış aparılmış, fəala məxsus kompüter və kitablar götürülmüşdü. Bir neçə saat “Əmakin” idarəsində dindirildikdən sonra kəfalət qarşılığında müvəqqəti azadlığa buraxılan fəal, sonradan müsadirə edilmiş şəxsi vəsaitini almaq üçün həmin idarəyə müraciət edəndə yenidən tutulmuş, 4 saat saxlaxndıqdan sonra 15 milyon tümənlik mülk girovu qarşılığnda azadlığa buraxılmışdı.

Qeyd edək ki, qoşaçaylı fəal milli zəmində apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub.

Geri dön