Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil vilayətində dərs otaqlarının 25 faizi qeyri-standard vəziyyətdə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil vilayətində dərs otaqlarının 25 faizi qeyri-standard vəziyyətdə

Ərdəbil vilayətində dərs otaqlarının 25 faizi qeyri-standard vəziyyətdə


Keçmiş xəbərlərimizdə Güney Azərbaycanın müxtəlif vilayətlərində məktəb (mədrəsə) binaları, dərs otaqları və ümumiyyətlə təhsil ocaqlarının bərbad vəziyyətdə olduğu ilə bağlı bir çox məlumat yayılıb. Həmçinin verdiyimiz xəbərlərdə, təhsil ocaqlarında vəziyyətin nisbətən yaxşılaşmasında xeyriyyəçi soydaşlarımızın rolu xüsusi vurğulanıb.
Son məlumata görə, Ərdəbil vilayətinin məktəb binalarının köhnə olması ilə bağlı rəsmi məlumat yayılıb. Ərdəbil valisinin müavini bildirib ki, “bu vilayətdə məktəb binalarında durum yaxşı deyil, lakin onların təmiri vəya yenidən qurulması üçün iş aparılır.”

GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, Əli Azərnejad xüsusi olaraq jurnalistlərin diqqətinə çatdırıb ki, “Ərdəbil vilayətində dərs otaqlarının 25 faizi qeyri-standard vəziyyətdədir.”

Bu arada Ərdəbil vilayətində xeyriyyəçilər tərəfindən 34 məktəbin tikilib və istifadəyə verildiyi bildirilir.

Ərdəbil vilayətinin məktəbtikən xeyriyyəçi qurumunun sədri bəyan edib ki, “Xeyriyyəçilər Ərdəbil vilayətinin müxtəlif bölgələrində 148 dərs otağına malik olan 34 məktəb binası tikdirib.”

Cavad Qurannevis Ərdəbil vilayətinin ziyalıları ilə görüşdə xeyriyyəçilərin işinin əhəmiyyətindən danışıb: “Bu günə qədər Ərdəbil vilayətində 1447 dərs otağına malik olan 338 məktəb binası xeyriyyəçilər tərəfindən tikilib və Təhsil Nazirliyinin Ərdəbil şöbəsinə təhvil verilib. Bu o deməkdir ki, xeyriyyəçilər məktəb tikməkdə get-gedə dövləti üstələyir.”

Geri dön