Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı nazir islam respublikasında əxlaq prinsiplərinin çökməsindən danışıb
İranlı nazir islam respublikasında əxlaq prinsiplərinin çökməsindən danışıb |
İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti avqustun 29-da dövlət televiziyasına müsahibəsində cəmiyyətdə əxlaq prinsdiplərinin çökməsindən gileylənib.
Əli Cənnəti deyib ki, ölkəyə hakim islam cəmiyyəti əxlaqiyyatın çökməsi baxımından 10-15 il əvvəllə müqayisədə xeyli dəyişib: “Təəssüflər olsun ki, biz cəmiyyətimizdə yalan danışmağın, əmanətə xəyanətin, başqalarının ardınca danışıb qeybət etməyin, başqalarına böhtan atıb əsassız ittihamlar irəli sürməyin, oğurluq və pozğunluğun, eləcə də əhdə sadiq qalmamağın nə qədər vüsət almasına fikir vermirik. Bu gün hətta media orqanlarına rəhbərlik edən cəmiyyətin elita təbəqəsinə məxsus insanlar öz mediasında müxalifi olduğu şəxslərə qarşı asanlıqla ittihamlar irəli sürür, yalan xəbərlər yayır, əsassız ittihamlarla günahlandırırlar. Bu isə dini bir cəmiyyət üçün son dərəcə təhlükəlidir. Hazırda cəmiyyətimizdə ictimai və mədəni dəyərlərin sürətlə zəiflənməsi təəssüfləndirici bir haldır. Peyk vasitəsilə əlaqələrin genişləndirilməsi, sosial şəbəkələrin və virtual aləmdə əlaqələrin vüsət alması və vətəndaşların Avropa ölkələrinə səfərlərinin artması özünün müsbət tərəfləri ilə bərabər cəmiyyətdə bir sıra problemlərin ortaya çıxmasına da səbəb olub. Yaranmış həmin problemlərdən biri ailə ilə bağlıdır. Ölkə gənclərinin evlənməyə rəğbət göstərməməsi, boşanma hallarının sayının kəskin artması və “Ağ evlilik” kimi çirkin bir fenomenin ortaya çıxıb cəmiyyətdə insanlar arasında yayılması həmin problemlərdən biridir”. Qeyd edək ki, son illərdə İran İslam Respublikasında gənc oğlan və qızlar arasında geniş vüsət almış “Ağ evlilik” bir növ vətəndaş nikahı sayılır. Bu növ evlilikdə bir-birini sevən və ya bir-birindən xoşu gələn kişi və qadınlar hər hansı bir rəsmi dövlət qeydiyyatından keçmədən könüllü olaraq bir-biri ilə ər-arvad kimi yaşamağa başlayırlar. Geri dön |