Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmu gölündən ətraf əraziyə qum yayılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölündən ətraf əraziyə qum yayılır

Urmu gölündən ətraf əraziyə qum yayılır


Urmu gölünün quruması duz zərrəciklərindən başqa qumların da ətraf ərazilərə yayılmasına səbəb olur.
Urmu gölü quruduqca Azərbaycan bölgəsi bir çox problemlərlə üzləşir. Ətraf kəndlərdə quyu sularının şorlaşması, duzun Bölgədəki əkin yerlərinin yayılması, iqlim və ekolojik dəyişilik, bir sıra bitki və hətta heyvanların aradan getməsi, ən önəmlisi isə duz zərrəciklərinin havaya yayılması əsas problemlər sırasındadır. Son zamanlar isə duzdan başqa daha bir dəhşətli problemin ortalığa çıxdığı görünür. Bu problem, Urmu gölündən qumların külək vasitəsi ilə ətraf ərazi və əkin yerlərinə yayılmasından ibarətdir.

Qumların ətraf əraziyə yayılması və əkinçilərin bu məsələdən ciddi ziyan görməsi məsələsi getdikcə kəskinləşir. Göründüyü kimi aşağıdakı şəkil əkin ərazisində toplaşan qumlara aiddir və olduqca qorxulu bir mənzərəyə işarədir.

Küləyin istiqaməti isə problemi biraz da dərinləşdirib. Məlumata görə, əksər küləklərin istiqaməti Urmiyədən Təbriz şəhərinə tərəfdir. Bu məsələ Şərqi Azərbaycan və xüsusi ilə Təbrizin duz və qum zərrəcikləri qarşısında daha çox ziyan görəcəyini qaçılmaz edir.

Hazırda Urmu gölünün 40 kilometrliyində yerləşən Cəbəlkəndi ərazisi göldən külək vasitəsi ilə yayılan qumlardan ən çox ziyan görən məntəqə sayılır. Bu vəziyyət kənd əhalisini vahiməyə salıb.

Geri dön