Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məşhur tarixçi alim Nasir Purpirar dünyasını dəyişib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məşhur tarixçi alim Nasir Purpirar dünyasını dəyişib

Məşhur tarixçi alim Nasir Purpirar dünyasını dəyişib


Məşhur tarixçi alim, araşdırmaçı, və bir çox elmi qalmaqala səbəb olan yazıçı Nasir Purpirar dünyasını dəyişib.
Hicri-şəmsi təqvimi ilə 1319-cu ildə Tehranda dünyaya göz açan alim 75 yaşında xəstəlikdən vəfat edib. Yazıçının əsl adı Nasir Benakonənde olub, lakin Nasir Purpirar kimi tanınıb.

N.Purpirar İran tarixi ilə bağlı olduqca fərqli faktlar ortalığa çıxartmışdır. O İran tarixini yəhudilər tərəfindən məqsədyönlü şəkildə yönləndirildiyini iddia edirdi. Mərhumun fikrinə görə, Əhəmənilər (həxaməneşilər) qantökən və vəhşi bir qövm olub və yəhudilər vasitəsi ilə bugünki İran coğrafiyasına hökmranlıq edib. Onlar elə bir soyqırıma əl atıblar ki, əsirlər sonra o yerlərdə canlı yaşaya bilməyib. Purpirar ərəb müsəlmanlarının İrana gəlişini bugünki İran tarixinin başlanğıcı kimi qəbul edir, fars dilini çelimsiz və Ferdovsini muzdur kimi tanıyır. O həmçinin Salman Farsinin yəhudilərin ssenarisi və “Gülestan-i Sədi”ni qüsurlu bir əsər hesab edir.

Tarixçi alimin bu kimi fikirləri İranda böyük qalmaqallara səbəb olub.

Mərhum N.Purpirar bəzi əsərlərinin nəşr edilməsi üçün icazə ala bilməyib, lakin bir sıra əsərləri işıq üzü görüb. “12 əsir sükut”, “İran tarixi təməlində düşünmək” və məşhur şair Sədi haqqında yazdığı əsər, onun ən məşhur kitabları sirasındadır.

Geri dön