Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmu gölü quruyarsa 4 milyon əhali bölgədən köçməli olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölü quruyarsa 4 milyon əhali bölgədən köçməli olacaq

Urmu gölü quruyarsa 4 milyon əhali bölgədən köçməli olacaq


Urmu Gölünü Canlandırma Mərkəzinin sədri gölün quruması və ondan irəli gələn problemlərlə bağlı nigaranlığa səbəb olan açıqlama verib.
İsa Kəlantəri Urmu gölünün canlandırması yollarının müzakirə edildiyi bir tədbirdə bildirib ki, “Urmu gölü böhranından ən çox ziyan görən Şərqi Azərbaycandır. Ona görə ki, icraçı məsullar Urmu gölünün canlandırılmasına əhəmiyyət vermir. Onlar düşünür ki, Urmu Gölünü Canlandırma Mərkəzi istənilən adi bir iş üçün büdcə təmin edən bir mənbədir. Urmu gölünün quruması ilə gözlənilən təhlükələrin 93 faizi Şərqi Azərbaycana ziyan vuracaq.”
İ.Kəlantəri sözlərinin davamında deyib:
“Urmu gölünün quruması ilə ortalığa çıxan problemlərdən biri də bal arılarının həyatına olan mənfi təsirdir. Bu isə bölgədəki əkinçiliyə ciddi ziyan vurur.
Biz keçən il Enerji Nazirliyinə bildiridik ki, Bukan bəndindən 100 milyon kubmetr su gölə çatdırılsın. Lakin hələ də bu tələbin qarşısında müqavimət göstərilir.
Gölün quruması nəticəsində ictimai problemlər də ortalığa çıxacaq. Göl quruyarsa 4 milyon əhali öz yurd-yuvasını buraxıb bölgədən köçməlidir. Bəlli deyil bu əhali haraya getməlidir, necə getməlidir və s.”
Urmu Gölünü Canlandırma Mərkəzinin sədri gölün nicatı ilə bağlı səlahiyyətli məsullara da deyinib: “Göl canlandırıla bilər. Lakin əgər dövlət, əhali və məsullar əl-ələ verməsə, gölü qurtarmaq mümkün olmayacaq. Bundan sonra istənilən məsul şəxs gölün canlandırılması layihəsinin qarşısında durarsa, onu prezidentə raport verəcəm.”
“Tasnim” xəbər agentliyi tərəfindən yayılan məlumatda bildirilir ki, İsa Kəlantərinin söylədiklərinə əsasən, Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs orqanları xəstəlikləri və bəzi digər ölümcül xəstəliklər Urmiyə gölü ətrafında da görünməkdədir.
İsa Kəlantəri Urmiyə Gölündə dəri və tənəffüs orqanları xəstəliklərini ortaya çıxaran toz dumanlarının iki növ olduğunu qeyd edib; gölün kənarlarındakı quruluq səbəbi ilə meydana gələn toz dumanları və gölün daxili ilə əlaqəli olanlar.
Ekspertlər və yerli jurnalistlərin yaydığı məlumata görə, gölün quruması ilə ortaya çıxan xəstəliklər sadəcə toz dumanları ilə əlaqəli olanlar deyil. Bölgədəki su qıtlığı da bir çox yoxsul kənddə çirkli su vasitəsilə meydana gələn xəstəliklərin yayılmasına səbəb olur.

Geri dön