Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qurban Yetirmişli: Zəlzələ baş vermiş zonada bir neçə gün təkrar təkanlar olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Qurban Yetirmişli: Zəlzələ baş vermiş zonada bir neçə gün təkrar təkanlar olacaq

Qurban Yetirmişli: Zəlzələ baş vermiş zonada bir neçə gün təkrar təkanlar olacaq


Şəkidə baş verən zəlzələ zonasında bir neçə gün təkrar təkanların olacağı gözlənilir. Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, ümumilikdə şimal-qərb zonası seysmoloji cəhətdən aktiv zona olduğu üçün Zaqatala, Şəki və Qəbələyə yaxın ərazilərdə zəif hiss olunan təkanlar çox baş verir. Q.Yetirmişli baş verən zəlzələni əvvəlcədən bilməyin mümkün olmadığını qeyd etsə də, seysmik zonalardakı proseslərə görə bunun gözlənilən olduğunu vurğulayıb: “Rixter cədvəli ilə 7 bala yaxın zəlzələ oldu. Episentr cənub-qərb, Oğuz istiqamətində Şəkinin Qozlu bulaq adlı kəndinə yaxın ərazidir. Güclü zəlzələ olduğundan divarlarda çatların əmələ gəlməsi qaçılmaz idi. Belə güclü zəlzələlərdə evlərin divarları ilə yanaşı köhnə tikililər, tövlələrin dağılması da ola bilər. Hazırda FHN-nin Şəkidəki komissiyası hadisə yerindədir və araşdırmalar aparılır”.

Qurum rəhbərinin sözlərinə görə, zəlzələdən dərhal sonra Respublika Seysmoloji Mərkəzinin əməkdaşları hadisə yerlərinə ezam olunublar. Onlar bölgələrdə seysmoloji antenalar və avadanlıqlar quraşdıracaq: “Avadanlıqların sayəsində biz dağıntıların miqyası və baş verən zəlzələni öyrənə biləcəyik. Yeni avadanlıqlar bizim işimizi asanladıracaq”.

Geri dön