Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sənəndəcdə 25 küçə və məhəllənin adlarını dəyişib yerinə kürd adları qoyulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sənəndəcdə 25 küçə və məhəllənin adlarını dəyişib yerinə kürd adları qoyulub

Sənəndəcdə 25 küçə və məhəllənin adlarını dəyişib yerinə kürd adları qoyulub


İranın Kürdüstan əyalətinin mərkəzi sayılan Sənəndəc şəhər şurasının mədəniyyət komissiyasının rəisi Seyid Bəhaəddin Hüseyni sentyabrın 3-də jurnalistlərə açıqlamasında əyalətin müxtəlif yerlərində, o cümlədən də Sənəndəc şəhərində kürd adlarına qayıdışdan və ona rəvac verilməsindən danışıb.
Seyid Bəhaəddin Hüseyni deyib ki, əyalətdə müxtəlif məkanların və ya küçə və məhəllərin adları tədricən dəyişdirilərək yerinə çılxa kürd adları qoyulacaq: “Hazırda Sənəndəcdə bəzi mənasız və qeyri əsil adlar daşıyan bir çox yerlərin, o cümlədən də 25 küçə və məhəllənin adları dəyişdirilərək yerinə əsil kürd adları qoyulub.

Sənəndəc şəhər şurasının mədəniyyət komissiyası bu işi bir il əvvəldən başlayıb və komissiyanın fikir otağında mədəniyyət sahəsində çalışan alim və şəxsiyyətlərin iştirakı ilə 45 xalis kürd adı seçilisə, hələlik bu adların 25-i seçilib və icrası üçün uyğunlaşdırma komitəsinə göndərilib”.

Qeyd edək ki, İran hökuməti kürd vətəndaşlarının öz övladlarına və öz küçə-meydanlarına kürd adlarının verilməsinə icazə verdiyi və onların orta məktəblərdə öz ana dillərində təhsil hüququnu nisbi şəkildə tanıdığı bir halda, Güney Azərbaycanın tarixi yerlərinin adlarının təhrif edilməsi və uşaqlara türk adlarının qoyulmasına qadağalar davam edir.

Geri dön