Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanın qərb bölgəsində faciəli yol qəzaları nəticəsində daha 3 nəfər dünyasını dəyişib
Güney Azərbaycanın qərb bölgəsində faciəli yol qəzaları nəticəsində daha 3 nəfər dünyasını dəyişib |
Güney Azərbaycanda çoxsaylı yol qəzaları əhali arasında “ölüm caddəsi” kimi tanınan Təbriz-Əhər yolu ilə məhdudlaşmır. Təxminən hər gün yayılan məlumatlar Güney Azərbaycanın müxtıif yollarında faciəli yol qəzalarının baş verdiyini təsdiq edir.
Son məlumata görə, Qərbi Azərbaycan Yol Polisinin rəisi Xoy və Qoşaçay şəhərlərində yol qəzalarının baş verdiyini və bu qəzalarda 3 nəfərin öldüyü və bir nəfərin yaralandığını bildirib. Polkovnik (sərhəng) Abbas Fərmani bildirib ki, “Təlxab üçyolunda baş verən yol nəqliyyat hadisəsində 3 nəfər dünyasını dəyişib, bir nəfər isə yaralanıb. Bu hadisədə avtobus (otobus) və “Pejo” markalı minik maşını toqquşub, qəza nəticəsində Pejo markalı maşının 2 sərnişini hadisə yerində keçinib. Polis rəisinin sözlərinə görə, sözügedən yol qəzasında minik maşınının sürücüsü müqəssir tanınıb. Polkovnik Fərmani Şivankəndində bir traktorun aşması barədə də məlumat verib. O bildirib ki, Traktor, sürücünün ehtiyatsızlığı nəticəsində yoldan çıxıb və aşıb. Bu hadisədə sürücü həyatını itirib. Qeyd edək ki, Qərbi Azərbaycan yolları ölkənin ən çox yol qəzası baş verən caddələrindən sayılır. Bu bölgədə hər il çoxsaylı soydaşımız faciəli yol qəzalarında dünyasını dəyişir, onlardan bəziləri ağır xəsarət alır vəya iflic olur. Ekspertlər yol qəzalarının həddən artıq olmasını yolların qeyri-standard olması ilə əlaqələndirir. Geri dön |