Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Laricani: Parlamentin nüvə razılaşması barədə qəti qərarı oktyabr ayında elan ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Laricani: Parlamentin nüvə razılaşması barədə qəti qərarı oktyabr ayında elan ediləcək

Laricani: Parlamentin nüvə razılaşması barədə qəti qərarı oktyabr ayında elan ediləcək


İran parlamentinin sədri Əli Laricani sentyabrın 5-də jurnalistlərə açıqlamasında Vyanadakı nüvə razılaşmasının ölkə parlamentində müzakirəyə çıxarılmasından danışıb.
Laricani deyib ki, nüvə razılaşması hazırda yaradılmışbir neçə komissiyada müxtəlif cəhətlərdən araşdırılır: “Nüvə razılaşması elə məsələlərdəndir ki, hazırda əsas bir komissiyada və mövzu ilə əlaqədar olan bir sıra digər komissiyalarda araşdırılır, onun müxtəlif tərəfləri ekspertlər tərəfindən müzakirə edilir.

İran psarlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası da bundan əvvəl bu razılaşmanı araşdırmağa başlayıb. Hazırlanan proqrama əsasən bu komissiyaların işi oktyabrı ayının əvvəllərində başa çatacaq, sonra isə razılaşma parlamentdə müzakirəyə çıxarılacaq. Parlamentin isə nüvə razılaşması barədə qəti qərarı oktyabrı ayında elan ediləcək”

Qeyd edək ki, İranın dini lideri Əli Xamneyi sentyabrın 3-də Üləma Məclisinin üzvləri ilə görüşərək Vyanada əldə edilmiş nüvə razılaşmasının ölkə parlamentində müzakirəyə çıxarılmasının vacibliyindən danışıb: “Hesab edirəm ki, millət vəkilləri bu razılaşmanı müakirəyə çıxararaq onu rədd və ya qəbul etmək barədə qərar verməli, onun hüquqi və qanuni tərəfləri ekspertlər tərəfindən araşdırılmalıdır”.

Qeyd edək ki, bundan əvvəl İranda hakimiyyətdaxili radikal üsulçular öz bəyanatlarında razılaşmanın parlamentdə müzakirəyə çıxarılmasını tələb etsələr də, prezident Həsən Ruhani onların bu tələbinə qarşı çıxaraq belə bir işə ehtiyac olmadığını bildirmişdi.

Geri dön