Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qurbanəli Səadət: Təxminən 600000 iraqlı kürd Qərbi Azərbaycana sığınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qurbanəli Səadət: Təxminən 600000 iraqlı kürd Qərbi Azərbaycana sığınıb

Qurbanəli Səadət: Təxminən 600000 iraqlı kürd Qərbi Azərbaycana sığınıb


Kürd terror qruplaşmaları mərkəzi hakimiyyətin mövqeyindən aldığı cəsarət hesabına Güney Azərbaycanın qərb bölgəsini müxtəlif yollarla kürdləşdirməyə çalışır. Keçmiş illərdəki təcrübələr göstərib ki, qruplaşmaların kürd ailələrinə olan sifarişi əsasən “çoxuşaqlılıq”, lazım olan əraziyə “mühacirət etmək” və “qaçaqmalçılıq” işi ilə məşğul olmaqdan ibarət olub. Onlar qaçaqmalçılıqdan əldə etdikləri vəsait hesabına çoxuşaqlı ailəni təmin edir, istədikləri əraziyə mühacirət edir və o torpaqlarda yaşayış və iş yerləri alırlar.
Son məlumata görə, Qərbi Azərbaycan valisi ötən illərdə kürdlərin bu vilayətə üz tutması barədə tarixi etirafda bulunub.

Qurbanəli Səadət bildirib ki, “Qərbi Azərbaycan müxtəlif məzhəblər və qövmlərlə rəngarəngdir. Bu bölgə müharibə vaxtı və hazırda isə müharibədə olan ölkələrlə qonşu olduğuna görə bir çox şansları əldən verib. İnqilabdan sonra da Qərbi Azərbaycan narkotik (müxəddir) maddələrinin tranzitinə görə bir çox imkanlarını itirib. Son illərdə İraqda olan ixtilaflar bu bölgəyə müəyyən təsir edib və İraqın quzeyindən Qərbi Azərbaycana 580000 nəfər üz tutub.”

Vali həmçinin bildirib ki, “İqtisad naziri ölkədə inflyasiyanın 15 faizin altında olduğunu bildirdiyi halda, Qərbi Azərbaycanda inflyasiya 18.6 faizdir. Bu vilayətdə 40000 nəfər ali təhsilli cavan işsizdir və əkinçilik sahəsində əlavə dəyər olduqca aşağıdır.”

Qeyd edək ki, yuxarıda qeyd olunduğu kimi, Qərbi Azərbaycanda “Pjak” kürd terror qruplaşmasının fəaliyyəti, radikal kürdlərin gündən-günə aktivləşməsi və bu bölgədə olan ekoloji və işsizlik problemi zaman-zaman yerli məsullar tərəfindən dilə gətirilir, lakin problemlərin həlli istiqamətində heç bir əməli addım müşahidə olunmur.

Geri dön