Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Avropa banklarından İrana sanksiya
Avropa banklarından İrana sanksiya |
Avropa Birliyinin ən böyük bankları taxıl məhsullarının İrana çatdırılması üçün maliyyələşdirmə əməliyatlarını dayandırıb.
İran hər il xaricdən 4.5 milyon ton taxıl alır. Onun 3.5 milyon tonu qarğıdalı yemidir. Bu məhsulların İrana əsas satıcıları Argentina, Brazilya və Ukraynadır. Hal-hazırda ümumi yükü 420 min ton taxıl olan doqquz böyük gəmi İran limanlarının ətrafında dayanıb. Ödənişlərlə problemlər olduğu üçün gəmilərin yükü boşaldıla bilmir. Ərzaq ixracı ilə məşğul olan Ukrayna şirkətləri məhsulların İrana çatdırılmasını dayandırdıqlarını bəyan edib. Üç gün əvvəl Avropa Birliyi İrana qarşı ABŞ-ın sanksiyalarına qoşulmaq haqqında qərar qəbul edib. Sanksiyalar İran neftinin alınmasının dayandırılması ilə bağlıdır. Geri dön |