Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GAMAC başqanı prof. Q.Səbri TƏBRİZİ: “Bütün milli qüvvələri bir araya toplayacayıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > GAMAC başqanı prof. Q.Səbri TƏBRİZİ: “Bütün milli qüvvələri bir araya toplayacayıq”

GAMAC başqanı prof. Q.Səbri TƏBRİZİ: “Bütün milli qüvvələri bir araya toplayacayıq”


Hörmətli professor, bu yaxınlarda Almaniyanın Köln şəhərində Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) ikinci Qurultayı keçirildi. Bizim mediada bu barədə xəbərlər geniş şəkildə yayımlandı. Lakin bizi bir sual düşündürür. GAMAC-ın yaranması zərurəti haradan yarandı?

İlk öncə qeyd edim ki, GAMAC bir qurum olmaqla yanaşı, Güney Azərbaycanın milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyi mexanizmini təşkilat formasında reallaşdırmaqla yanaşı, həm də milli hərəkatın vahid milli siyasi platforma altında birgə fəaliyyətinə müsbət cavab verən və bu istiqamətdə atılan konkret addımdır. 1959-cu ildə Avropa ölkələrində olduğum zaman geniş mütaliələrlə dünya yazarlarının əsərlərini oxuyaraq geniş bilgilər əldə etsəm də, sonda başa düşdüm ki, önəmli olan öz dilimizdir, öz dilimizdə yarananlardır və oxuduğumuz hər bir məqamlarla-yəni dünya ölkələrində baş vermiş proseslərlə öz dilimizdə tanış olmalıyıq. Təxminən 30 il bundan əvvəl milli hərəkatlarla bağlı geniş müzakirələr keçirməyə başladıq, geniş fikir mübadiləsi apardıq və tədricən həmfikirlərimizlə bir araya gəlməyə başladıq.

Bu addımlara Güney Azərbaycandakı mövcud problemlər, orada gedən milli mübarizə haqqında müxtəlif dillərdə dünya ictimaiyyətini məlumatlandırmaq, bu istiqamətdə beynəlxalq əlaqələr yaratmaq və lobbiçilik fəaliyyəti qurmaq daxildir. Biz Güney Azərbaycanda insan haqları, ana dili hüququnun beynəlxalq insan haqları konvensiyalarına əsasən təmin olunması istiqamətində fəaliyyət göstərmək, iqtisadi ayrıseçkiliyə, ətraf mühit, milli sərvətlər və milli-mədəni irsimizin məhvinə yönələn siyasətə qarşı mübarizə aparmaq üçün bir araya toplanmağı qərara aldıq.

Hörmətli professor, hal-hazırda GAMAC-ın fəaliyyəti hansı mərhələdədir?

Hazırda müxtəlif dövlətlərdə fəaliyyət göstərən müxtəlif ictimai qurumlarla birgə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nəzdində strateji araşdırma mərkəzləri, insan hüquqlarının müdafiəsi, milli-mədəni hüquqların təmin edilməsi, sosial-ictimai problemlərin həll edilməsi və digər sahələrdə görülən işlərin koordinasiya olunması istiqamətində addımlar atılmaqdadır. Artıq Güney Azərbaycanın coğrafi sərhədlərinin müəyyənləşdirilməsi, regionun təbii sərvətlərinin ehtiyatlarının imkanları, burada iqtisadi, sosial problemlərinin həlli yolları, İranda mövcud olan istibdadın törətdiyi fəsadlar və onun miqyası dəqiq hesablanılmaqdadır. Eyni zamanda bütün bunların necə həll edilməsinin strateji hədəfləri gündəmə gətirilməkdədir. Güney Azərbaycanın milli və strateji cəhətdən inkişaf yollarını müəyənləşdirən hədəflər artıq bu prosesin inkişafına böyük təkan verməkdədir.

Hörmətli professor, GAMAC-ın məqsədlərinə yaxın günlərdə nələr daxildir və hansı addımları olacaq?

Bizim ilk və təxirəsalınmaz məqsədimiz Cənubi Azərbaycan türklərinin fars şovinizminin əsarətindən xilas edərək, onların beynəlxalq qanunlarda təsbit edilmiş milli və şəxsi azadlıqlarının, vətəndaşlıq hüquqlarının gerçəkləşdirilməsidir. Bununla yanaşı Güney Azərbaycan Milli hərəkatının vahid bir mərkəz ətrafında toplanması üçün çalışırıq. Bütün milli insanlar bir arada olmalı və bir hədəfə vurmalıdırlar. BMT qarşısında məsələ qaldıraraq bölünmüş xalq statusu almaq üçün işləri gücləndiririk və insan haqqlarının aliliyi prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək İranın əsarəti altında olan 35 milyondan artıq Azərbaycan türkünün mədəni, iqtisadi, ictimai-siyasi hüquqlarını təmin edilməsinə nail olmaq niyyətindəyik. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bir təşkilat kimi İngiltərə, Fransa, Almaniya, Belçika, Hollandiya, İsveç, ABŞ, Kanada, Norveç, Finlandiya, Avstriya, Türkiyə, Danimarka, Polşa, İspaniya, İtaliya, Macarıstan, İrlandiya və digər dövlətlərdə yaşayan və Güney Azərbaycan uğrunda mübarizə aparan soydaşlarımız tərəfindən çox böyük coşqu ilə qarşılanıb. Çünki bu təşkilatda birləşən insanların həyat təcrübəsi, özünütəsdiq şərtləri, prosesləri elmi və ictimai cəhətdən qiymətləndirmək bacarığı onlara qarşı böyük inam hissi yaradıb. Bu inam GAMAC-ın özüdür. Biz bu inamdan doğaraq yola çıxdıq və inanırıq ki, GAMAC Bütöv Azərbaycan uğrunda bütün qüvvələri bir vahid yumurq altında bilrəşdirəcəkdir.

Hörmətli professor, GAMAC-ın idarə heyətinin tərkibi barəsində nə deyərsiniz?

Mən Prof. Qulamrza Səbri Təbrizi iştirak edənlərin səsverməsindən sonra sədr seçildim. Hesab edirəm mənim böyük təcrübəmin bu hərakata böyük köməyi dəyəcək. GünazTv-nin yaradıcısı Əhməd Obalı, Maşallah Rəzmi, Behruz Həqqi, Sadiq İsabəyli, Dr. Əyyub Qaneyi, Nadir Tarək, Əhməd Əlizadə, Fəramərz Quluzadə, Dr. Araz Süleymani, Araz Muğanlı, Səttar İslami və Əli Məhəmmədi də sıralarımızadır. Bu şəxslərin hər biri dəyərli qardaşlarımızdır və onların gücünə çox inanıram. Biz özümüzü İdarə heyəti kimi deyil, bir ailənin övladları kimi hesab edirik və Güney Azərbaycan anamızın azadlığı oğrunda qardaşlıq cəhbəsi kimi sayırıq.

Hörmətli professor, Sizin böyük həyat təcrübəniz var. Siz eyni zamanda elm və ədəbiyyat xadimi bütün dünyada tanınırsız. Son olaraq Sizdən bir şeir eşitmək xoş olardı.

Hesab edirəm ki, 2012-ci ildə dünyanın demokratik ictimaiyyəti İranda Azərbaycan milli hərəkatının müdafiəsinə qalxacaq və bu gün də onu müdafiə etməkdədir. Çünki azərbaycanlılara nüvə lazım deyil, bizə çörək və Allahın verdiyi ana dilində danışmaq, asayiş, fikir azadlığı lazımdır. Yüz illərlə İranda sözümüz eşidilməyib, sözümüzə görə zindanlara atılmışıq. Azərbaycanlıların nə topu, nə də tüfəngi yoxdur. Bu millət ana dilində məktəb istəyir. İran İslam rejimi deyir ki, azərbaycanlılar öz dilində danışsa, azad olacaq. Azad olmayıb, bəs kim olmalıyıq? Elə isə nə qədər bu rejimin faşizmində yaşamalıyıq? Son olaraq bir şeirimdən parça demək istərdim,

Gecə saat üçdür, yata bilmirəm
Düşünürəm – Güney Azərbaycanın taleyini,
Yoxdur ana dilində bir məktəbi
Otuz beş milyonun.
Balalarımız məcburdurlar
Öyrənsinlər işğalçı dilini.
Öz dilləri, varlığı
Təhqir olur hər gün.
Daha bəsdi, cəllad,
Öldürmə balalarımızı
Türk olmaqlarına görə.

Hörmətli Professor təşəkkür edirik müsahibəyə görə. Arzu edirik GAMAC-ın ayağı düşərli olsun və 2012-ci ildə Güneydə və Quzeydə yaşayan azərbaycanlıların arzuları həyata keçsin.

Geri dön