Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Etimad limiti tükənib: Urmu gölünün canlandırılması üçün xərclənən vəsait açıqlanmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Etimad limiti tükənib: Urmu gölünün canlandırılması üçün xərclənən vəsait açıqlanmalıdır

Etimad limiti tükənib: Urmu gölünün canlandırılması üçün xərclənən vəsait açıqlanmalıdır


İranın bütün rəsmi orqanlarında korrupsiya probleminin yaşandığı ilə bağlı müxtəlif məlumatlar yaymışıq. Bunu bəzən rəsmi şəxslərin dilindən də eşitmək mümkündür.
Azərbaycan vilayətlərinin müxtəlif yerli məsulları Urmu gölünün canlandırılmasına ayrılan vəsaitin (büdcə) doğru yolda xərclənəcəyinə şübhə edir. Bu dəfə Binab şəhərinin İran parlamentindəki millət vəkili rəsmi şəxslərə olan etimadsızlığını dilə gətirib: “Urmu gölünün canlandırılmasına ayrılan vəsaitın harada xərcləndiyi ictimaiyyətə açıqlanmalıdır.”

Məhəmməd Baqiri Binabi Urmu gölünün canlandırılması xəbərləri və Binabda əkinçilik üsulunun dəyişdirilməsi konfansında bildirib ki, “Urmu gölünün canlandırılmasına xərclənən vəsait təfərrüatı ilə, yəni harada və neçə xərcləndiyi ictimaiyyətə açıqlanmalıdır. Gölün canlamndırılması üçün 21 min milyard rial vəsait ayrılıb. Bu məbləğin haraya xərclənməsi məsələsi şəffaf olmalıdır.”

O su qaynaqlarının düzgün kontrol edilməməsini son 37 ildə görülən qeyri-elmi işlərlə əlaqələndirib və vurğulayıb ki, bu zəmində elmi üsulla hərəkət etmək lazımdır.

Millət vəkili əlavə edib ki, “təəssüflə hər il Binabın yeraltı su qaynaqlarından 80 milyon kubmetr (metr-i mükəəb) su götürülür. Bu o halda baş verir ki, hətta 10 milyon kubmetr suyun təmin edilməsinə ümid yoxdur.”

Geri dön