Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmu gölü ətrafında gözlənilən duz və qum fırtınasına oxşar təbii fəlakət yaxın şərqdə ölümə səbəb olub
Urmu gölü ətrafında gözlənilən duz və qum fırtınasına oxşar təbii fəlakət yaxın şərqdə ölümə səbəb olub |
Urmu gölünün quruması nəticəsində gözlənilən qum və duz fırtınası real yoxsa ciddi təhlükədir?! Yaxın Şərqdə gözlənilən fırtınaya oxşar təbii fəlakətin məhdud şəkildə baş verməsi və onun verdiyi ziyanlar hər kəsdən çox Urmu gölü ətrafında yaşayanlar güney azəırbaycanlılar üçün məna daşıyır. Məlumata görə, Yaxın şərqdə son 75 ilin ən güclü qum fırtınsı hökm sürür. Hadisə nəticəsində ölən və zərər çəkənlər var. Yayılan xəbərlərə görə, qum fırtınası zamanı 3 nəfər həyatını itirib. 5 mindən çox insan zərər çəkib. Təbii fəlakət bir neçə ölkəni cənginə alıb. İsraildə fırtına səbəbindən hava limanları bağlanıb. Qüdsdə çirklənmiş hava əhali arasında boğulmalara səbəb olub. Təcili tibbi yardım bqrupu bununla bağlı ən azı 200 çağırışa gedib. Polislər sakinlərə evlərindən çıxmamağı və avtomobillərdən az istifadə etməyi tövsiyyə ediblər. Buna səbəb yollarda görmə məsafəsinin az olmasıdır.
Qeyd edək ki, yaxın gələcəkdə real təhlükə kimi gözlənilən qum və duz fırtınası Güney Azərbaycan və qonşu əraziləri bürüyə bilər. Buna səbəb Urmu gölünün qurumasıdır. Hazırda gölün yatağında olan nisbi rütubət duz və qum fırtınalarının qarşısını müəyyən qədər almaqdadır, lakin ekspertlərin fikrinə görə, yaxın gələcəkdə Urmu gölündən qalxan fırtınalar bölgə əhalisinin köçəsinə və əkinçiliyin məhv olmasına səbəb olacaq. Bütün bunlara baxmayaraq gölün qurtarılması ilə dövlət tərəfindən verilən vədlər yerinə yetirilmir, göl isə gündən-günə quruyur! Geri dön |